Məhkəmə qərarları › İş №3(051)-183/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-183/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-183/2022 12.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: Hacıməmmədov Sənan Mülkağa oğlunun İcra sənədi üzrə borclu: X5 iştirakı ilə xx.xx.1967-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(051)-2984/2015 saylı icra vərəqələri üzrə yaranmış 13400 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(051)-2984/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Mustafasoy (Mustafayev) Fariz Otello oğlundan 19.06.1999-cu il təvəllüdlü Tural, 15.11.2000-ci il təvəllüdlü Cavid və 30.11.2008-ci il təvəllüdlü Asuman adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi qət edilmişdir. X2 dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 13400 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman tələbkar borclu ilə razılığa gəlmiş və icra sənədinin dayandırılaraq borcluya vaxt verilməsi barədə ərizə yazmışdır. Odur ki, protokolun dəlillərini müdafiə etdi və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı borclu X7 izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(051)-2984/2015 saylı icra sənədi ilə ondan 19.06.1999-cu il təvəllüdlü Tural, 15.11.2000-ci il təvəllüdlü Cavid və 30.11.2008-ci il təvəllüdlü Asuman adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi qət edilmişdir. Lakin qeyd etdiyi alimenti maddi imkanı olmadığından ödəyə bilməmişdir. Ona görə də onun 13400 manat məbləğində aliment borcu yığılmışdır. Bununla belə o, hazırda tələbkarla borclu olduğu pul məbləğləri ilə bağlı razılıq əldə etmişdir. Belə ki, yetkinlik yaşına çatmış uşaqları ilə əlaqə saxlayır və onların ehtiyaclarını təmin edir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(051)-2984/2015 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Mustafasoy (Mustafayev) Fariz Otello oğlundan 19.06.1999-cu il təvəllüdlü Tural, 15.11.2000-ci il təvəllüdlü Cavid və 30.11.2008ci il təvəllüdlü Asuman adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınıb X3 verilməsi qət edilmişdir. İşdə olan 01.04.2022-ci i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 23.12.2015-ci il tarixli 2(051)-2984/2015 saylıicra vərəqi üzrə yaranmış 13400 manat məbləğində aliment borcu X7 tərəfindən ödənilmədiyindən onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan tələbkar X8 etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən yazılmış 12.04.2022-ci il tarixli ərizədən görünür ki, X5 maddi imkan olmadığı üçün icra sənədinin dayandırılması və ona vaxt verilməsi xahiş edilmişdir. Beləliklə, X1 izahatı, işdə olan sənədlər və digər iş materialları ilə X1 icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu maddi imkanı olmadığı üçün həmin aliment borcundan ödəniş edə bilməmişdir. Bununla belə borclu tələbkarla razılıq əldə etmiş və tələbkar hazırda aliment borcunun ödənilməsi üçün borcluya vaxt verilməsini xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə X1 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. X1 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar