Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-183/2024 06.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi X8, barəsində inzibati xəta haqqında aparılan şəxs X9, Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Mingəçevir şəhər prokuroru Qabil X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsi haqqında Mingəçevir şəhər PŞ-in DYPB-un xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması barəsində protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Prokuroru Qabil X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsi haqqında Mingəçevir şəhər PŞ-in DYPB-un xx.xx.2021-ci il tarixli qərarını ləğv olunması barəsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən «Qələbə meydanı» dairəsində X9 idarə etdiyi «Mersedes Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə dairənin yaxınlığında yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs və X6 vuraraq, ehtiyatsızlıqdan hər ikisinin sağlamlığına ağır zərər vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir şəhər polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nurlan Yusifov tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair Zərərçəkmiş şəxs və X13 Məmmədovla barışması və sonuncu tərəfindən vurulmuş ziyanın ödənilməsi əsası ilə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən Azərbaycan Respublikası CPMin 40.3 və CM-nin 70.3-cü maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmiş, sürücü Orxan Məmmədov bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad olunmuş, lakin Orxan Məmmədovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.1-ci maddəsi ilə inzibati qaydada tənbehin tətbiq edilməsi üçün qərarın surəti aidiyyəti üzrə şəhər polis şöbəsinin DYPB-yə göndərilmişdir. Mingəçevir ŞPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli qərarı ilə qeyd olunan hadisəni törədən Orxan Məmmədov Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə həmin tarixli «AP 158915» №-li protokolla 40 manat məbləğdə inzibati qaydada cərimələnmişdir. Sonradan Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın tam ödənilməməsi ilə bağlı Mingəçevir şəhər prokurorluğuna ünvanladığı şikayəti əsasında Orxan Məmmədovun barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə onun tərəfindən ləğv olunaraq, Zərərçəkmiş şəxs və Damla Ağayevanın xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına əsasən Azərbaycan Respublikası CMin 263.1-1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və istintaq aparılması üçün aidiyyəti üzrə Mingəçevir ŞPŞ-in İstintaq Bölməsinə göndərilmişdir. İstintaqın gedişatında toplanmış sübutlar əsasında X4 xx.xx.2021-ci il tarixdə idarə etdiyi «Mersedes Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə piyadalar Zərərçəkmiş şəxs və X6 vuraraq, ehtiyatsızlıqdan hər ikisinin sağlamlığına ağır zərər vurulması ilə nəticələnmiş yolnəqliyyat hadisəsini törətməkdə, yəni CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirildiyi üçün onun barəsində istintaq olunan ********* №-li cinayət işi xx.xx.2022-ci il tarixli ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Hazırki işin materiallarından görünür ki, yuxarıda göstərilən hadisə ilə bağlı X9 birinci dəfə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin «Qeyd» hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, yol-hərəkəti qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülsə də, sonradan onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv olunaraq, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və həmin iş üzrə o, cinayət məsuliyyətinə cəlb edilərək, barəsində ittiham hökmü çıxarılmışdır. Buradan görünür ki, Orxan Məmmədov Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın nəticəsi olaraq törətdiyi yol-nəqliyyat hadisəsinə görə artıq cinayətə məsuliyyətinə cəlb olunmuşdur. Belə olan halda hazırki vəziyyətdə onun barəsində həmin hadisə ilə bağlı Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Mingəçevir ŞPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli qərarı və həmin qərar əsasında 40 manat cərimə edilməsinə dair inzibati protokolunun qüvvədə olması onun bir əmələ görə iki dəfə məsuliyyətə cəlb edilməsi və cəzalanması anlamına gəlir. Ona görə də, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirin tətbiq edilməsi barədə Mingəçevir ŞPŞ-nin DYPB-nin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması üçün protest verilməlidir. Odur ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsi haqqında Mingəçevir ŞPŞnin DYPB-nin xx.xx.2021-ci il tarixli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər prokurorunun köməkçisi X8 protestin təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında aparılan şəxs X9 məhkəmə iclasında bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülsə də, sonradan haqqında cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar Mingəçevir şəhər Prokuroluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv olunaraq CM-nin 263.1-1 -ci maddəsi ilə cinayət işi başlanılmış və həmin iş üzrə barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli ittiham hökmü çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi X5 tərəfindən aparılmış ibtidai araşdırmanın gedişatında zərərçəkmiş şəxslər onlara dəymiş maddi və mənəvi ziyanın tərəfindən tam olaraq ödənilməsi, ona qarşı heç bir şikayət və tələblərinin olmaması və barışmaları, onun cinayət məsuliyyətindən azad edilməyi barədə notarial qaydada təsdiq olunmuş ərizələr təqdim etmişlər. Zərərçəkmiş şəxslərin həmin ərizələri əsasında müstəntiq X7 Şəhər prokuroru ilə razılaşdırılmaqla “Cinayət işinin başlamlmasının rədd edilməsi barədə''’ 13 sentyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarla eyni zamanda barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X3 qərarı 03 iyun 2022-ci il tarixədək qüvvədə olmuşdur. Bundan sonra, həmin qərar əsasında Mingəçevir ŞPŞ-nin X19 Bölməsinin yol nəqliyyat hadisələrinin inspektoru polis kapitanı X11 barəmdə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə dair 04 oktyabr 2021-ci il tarixli AP ******* №-li inzibati xəta haqqında protokol tərtib etmiş və protokolun surəti imza etdirilərək mənə verilmişdir. Bundan sonra, inzibati xəta haqqında protokola və işin digər materiallarına əsasən o, İnzibati tənbeh vermə haqqında 04 oktyabr 2021-ci il tarixli MN0436415 №-li qərarla İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edildi və cəriməni dərhal ödəmişdir. Sonradan zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyanın guya onun tərəfindən ödənilməməsi barədə Mingəçevir Şəhər Prokurorluğuna ünvanlandığı ərizəsi əsasında barəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Mingəçevir Şəhər Prokurorluğu ilə razılaşdırılmış xx.xx.2021-ci il tarixli qərar heç bir əsas olmadan 09 ay sonra Mingəçevir şəhər prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək CM-nin 263.1-1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsinə verilmişdir. Daha sonra, cinayət işi məhkəməyə göndərilmiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli l (051)-14/2023 saylı hökmü ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə l (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın ağırlığı ilə əlaqədar hökmdən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və daha yüngül cəza təyin edilməsini xahiş etmiş və hazırda bu iş apellyasiya məhkəməsinin icraatındadır. Odur ki, protestin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə protestin təmin edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirin tətbiq edilməsi barədə Mingəçevir ŞPŞ-nin DYPB-nin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilməməli, protest təmin olunmamalıdır. İş materialında olan və məhkəmə iclasında nəzərdən keçirilmiş sənədlər Vətəndaşın Seriya AZE, 17089857 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1991-ci ildə Yevlax rayonu Xanabad kəndində doğulmuş, ünvan 3 ünvanda qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Mingəçevir ŞPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Orxan Məmmədov Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə həmin tarixli «AP 158915» №-li protokolla 36 manat məbləğdə inzibati qaydada cərimələnmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə X9 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-407/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə əsasən cinayət işinə baxılması 07 noyabr 2023-cü il tarixə saat 12:15-ə təyin edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, 1(107)- 407/2023 saylı cinayət işi üzrə növbəti məhkəmə baxış iclasları xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və sonuncu növbəti baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ bəndində əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. V bəndində əsasən məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 Mart 2022-ci il Qərarında göstərilmişdir: Şəxsin əməlinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə tövsifi zamanı göstərilən cinayət əməlinin obyektiv tərəfinin və inzibati xətanın eyni əlamətləri iki dəfə nəzərə alınır. Bu səbəbdən göstərilən şəxsin eyni zamanda həm İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə, həm də Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi non bis in idem prinsipi baxımından yolverilməzdir. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələbinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri əsasında cinayət işinin başlanması haqqında qərar olduqda İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu cür hüquqi tənzimetmə nəticə etibarilə Konstitusiyanın 64-cü maddəsinin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Məhkəmə yuxarıda sadalanan hüquq normalarına uyğun olaraq qeyd edir ki, barəsində inzibati qərar qəbul edilmiş şəxsin təqsirli olması ilə bağlı məhkəmənin qanunu qüvvəyə minmiş hökmü yoxdur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı birinci instansiya məhkəməsində hökm çıxarılmış, həmin hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmişdir. Eyni zamanda yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Plenum Qərarında da göstərildiyi kimi İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmə və Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə məsuliyyətə cəlb edilmə bir əmələ görə iki dəfə məsuliyyətə cəlb edilmə sayılır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qərar qəbul olunmuşdur. Cinayət Məcəlləsininin 263-cü maddəsi nəzərdə tutulmuş cinayət əməli maddi tərkiblidir. Belə ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydasının pozulması şəxsin sağlamlığına az ağır zərər vurması ilə nəticələndikdə cinayət məsuliyyəti yaradır. Hazırki iş üzrə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə-əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə maddəsi ilə barəsində protokol tərtib edilərək qərara qəbul olunmuşdur. Yəni şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə barəsində ittiham hökmü çıxarılsa da onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə barəsində inzibati qərar olması onun bir əmələ görə iki dəfə məsuliyyətə cəlb edilməsi kimi qəbul edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsi haqqında Mingəçevir ŞPŞnin DYPB-nin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı və protest təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 134.1.1, 137-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Protest təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbehin tətbiq edilməsi haqqında Mingəçevir ŞPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-183/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-183/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver