Məhkəmə qərarları › İş №3(051)-187/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-187/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-187/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs: X6 Qərarı barəsində şikayət verilmiş şəxs: Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru, polis kapitanı X7 iştirakı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nin DYPB-nin vəzifəli şəxsinin 23 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: Barəsində qərar çıxarılmış X1 ŞPŞ-nin DYPB-nin vəzifəli şəxsinin 23 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən inzibati xəta haqqında iş üzrə avtotexniki ekspertiza təyin edilməklə qərara yenidən baxılmasını xahiş etmişdir. Mingəçevir ŞPŞ-nin DYPB-nin polis kapitanı X7 23 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarıilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Mingəçevir ŞPŞ-nin DYPB-nin vəzifəli şəxsinin 23 iyul 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından X9 tərəfindən 07.08.2020-ci il tarixdə verilmiş şikayət Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 3(051)-9/2021 saylı qərarı ilə təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin 15.09.2021-ci il tarixli 3(107)-287/2021 nömrəli qərarına əsasən X5 şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 3(051)-9/2021 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışıdr. Mingəçevir Şəhər Məhkəməsinin 10.12.2021-ci il tarixli 3(051)-9/2021 saylı qərarı ilə təmin edilməmişdir. X2 məhkəmə qərarından apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin 20.02.2022-ci il tarixli 3(107)-48/2022 nömrəli qərarına əsasən X6 şikayəti qismən təmin edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 10.12.2021-ci il tarixli 3(051)- 9/2021 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışıdr. Barəsində qərar çıxarılmış şəxs X9 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, “VAZ-21103” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur və həmin avtomaşını etibarnamə ilə idarə edir. Sürücülük vəsiqəsi var. 18.07.2020-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi “VAZ-21103” markalı avtomaşınla Mingəçevir şəhəri Samux küçəsi ilə Kür çayı istiqamətində hərəkətdə olan zaman onun qarşısı ilə bir neçə avtomaşın yavaş sürətlə gedirmişlər. O, idarə etdiyi “VAZ-21103” markalı avtomaşınla qarşı hərəkət zolağına çıxıb bir neçə avtomaşını ötmə əməliyyatına başlamışdır. Bir neçə avtomaşını ötdükdən sonra axırıncı “Volkswagen Passat” markalı **-NX-*** dövlət nömrə nişanlı avtomaşına çatmasına 2-3 metr qalmış görmüşdür ki, həmin avtomaşın sola dönmə işığını yandırıb, sola dönmək istəyir. Ona siqnal verərək dönmə əməliyyatını başlanmasını bildirmiş, lakin həmin avtomaşın qəflətən sola dönmüş və o, əylənci basaraq avtomaşını saxlamaq istəsə də, bunu etməyə texniki imkanı olmamışdır. Nəticədə, onun idarə etdiyi avtomaşının qabaq hissəsi “Volkswagen Passat” markalı **-NX-*** dövlət nömrə nişanlı avtomaşının arxa sol hissəsinə dəyərək toqquşmuşdur. Nəticədə, xəsarət alan olmasa da, avtomaşına ziyan dəymişdir. Hesab edir ki, hadisənin baş verməsində onun təqsiri yoxdur. Belə ki, “Volkswagen Passat” markalı avtomaşın dönmə yerinə çatmadan dönmə əməliyyatına tez başlamışdır. Halbuki, həmin yolda yolayrıcı nişanı olmamış, həmçinin hadisə də yolayrıcına çatmamış baş vermişdir. Əgər sürücü dönmə əməliyyatına tez başlamayıb, vaxtında başlasaydı, o, ötmə əməliyyatını başa çatdıra bilərdi. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Mingəçevir şəhər PŞ-nin DYPB-nin polis kapitanı X10 şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, 18.07.2020ci il tarixdə saat 12:30 radələrində ona Mingəçevir şəhəri, Samux küçəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, VAZ-21103” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü ara məsafəsi saxlamadan, ötmə əməliyyatını düzgün aparmayaraq, irəlidə gedən bir neçə avtomaşını ötərək dönmə əməliyyatı aparan “Volkswagen Passat” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol arxa hissəsinə dəyərək toqquşmuşdur. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respulikası Qanununun tələbinə görə yolayrıcında ötmə əməliyyatı aparmaq qadağandır. Bununla da VAZ-21103” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Qanununun tələblərini pozmuşdur. Ona görə də araşdırma aparıldıqdan sonra “VAZ21103” markalı 44 -BR-677 dövlət qeydiyyat nişanlı avtomaşının sürücü X9 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələri ilə inzibati protokol tərtib edilmiş və Samir Əliyev 23.07.2020-ci il tarixli qərarla 60 manat inzibati cərimə olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, “Volkswagen Passat” markalı 99- NX-151 dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur və sürücülük vəsiqəsi vardır. 18.07.2020-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi “Volkswagen Passat” markalı avtomaşınla Mingəçevir şəhəri, Samux küçəsi ilə Kür çayı istiqamətində hərəkət edən zaman onun idarə etdiyi avtomaşının arxasınca bir neçə avtomaşın gəldiyini görmüşdür. Tekstilni küçəsinin kəsişməsinə yaxın yerdə sola dönmə işiğını yandırıb sürətini yavaşladaraq dönmək istəyən vaxt, arxadan gələn “VAZ- 21103” markalı 44 -BR-677 dövlət qeydiyyat nişanlı avtomobil bir neçə avtomaşını sürətlə ötüb onun üzərinə gəlmiş və onun idarə etdiyi avtomaşının arxadan sol hissəsinə dəyərək toqquşmuşdur. Nəticədə maşınlara ziyan dəymişdir. Hesab edir ki, hadisə “VAZ-21103” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Ona görə ki, sola dönmə işiğını yandırmasına, sola dönmək üçün sürətini azaltmağına, həmçinin dönmə işiğına yandırmasına və sürətini azaltmasına görə arxadan gələn avtomaşınların da sürətlərini azaltmaqlarına baxmayaraq, “VAZ- 21103” markalı 44 BR-677 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü bunlara məhəl qoymadan sürətlə bir neçə avtomaşını ötərək dönmə əməliyyatını qurtarana yaxın onun idarə etdiyi avtomaşının arxa hissəsindən vurmuşdur. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin izahatlarını, həmçinin şahid ifadəsini və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsi haqqında Mingəçevir ŞPŞ-nin DYPB-nin 23.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, İş materiallarında olan Mingəçevir ŞPŞ-nin 23.07.2020-ci il tarixli AP0140930 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 şəhəri Samux küçəsində idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarınıpozmuşdur. İş materiallarında olan Mingəçevir ŞPŞ-nin 23.07.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 şəhəri Samux küçəsində idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ara məsafəsi saxlama qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 noyabr 2020-ci il tarixli 8/1636 saylı rəyindən görünür ki, Volksvagen Passat markalı 99- NX-151 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan əlavə sürücü X9 avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda yüksək yəni, 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərəkət üçün təhlükə yaranan anda VAZ-21103 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X6 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda VAZ-21103 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X6 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sürücü X6 hərəkətlərində Qanunun 50-ci maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 10.12.2021-ci il tarixli 3(051)- 9/2021 saylı qərarından görünür ki, 02 noyabr 2020-ci il tarixli 8/1636 saylı ekspert rəyində qeyd edilən halları araşdırmaq məqsədi ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6, şahidin, həmçinin inzibati xəta haqqında qərarı qəbul etmiş X7 iştirakı ilə yol nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı, məlum olmuşdur ki, hadisənin baş verməsindən artıq uzun müddət keçdiyindən və yol nəqliyyat hadisəsi baş verdiyi ərazidə hadisənin izləri qalmadığından ekspert rəyində qeyd edilən VAZ-21103 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən kiçik məsafədə və ya 38,3 metrdən böyük məsafədə olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–ci maddəsinə əsasən bu Məcəllənin 327–348–ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar və istinad edilən normaların müddəaları əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir ŞPŞ-nin DYPB-nin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həlli edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə Əliyev Samir Əliyar oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, Mingəçevir ŞPŞ-nin DYPB-nin vəzifəli şəxsi tərəfindən Əliyev Samir Əliyar oğlu barəsində 23.07.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında Əliyev Samir Əliyar oğlu Azərbaycan Respublikası İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında Əliyev Samir Əliyar oğlunun əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə və ara məsafəsi saxlama qaydasını pozmaqla, dönmə əməliyyatı aparan “Volswagen Passat” marakalı avtomaşınala toqquşduğunu göstərmişdir. Halbuki, Həmin tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda yalnız ötmə qaydalarını pozma göstərilmişdir. Bununla da vəzifəli şəxsin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, həmçinin müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməmiş, əksinə iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Belə ki, Əliyev Samir Əliyar oğlu tərəfindən hansı yol ayrıcında, yəni nizamlanan və yaxud nizamlanmayan yolayrıcında ötmə qaydalarının pozulduğu göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki, inzibati xətanın mahiyyəti, yəni nədə ifadə olunması müəyyən edilməmişdir. Nəticədə, vəzifəli şəxs tərəfindən Əliyev Samir Əliyar oğlu barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, məhkəmə prosesi zamanı tədqiq edilən ekspert rəyi ilə müəyyən edildi ki, barəsində protokol tərtib edilmiş şəxsin hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Belə olan halda Əliyev Samir Əliyar oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.1 və 327.2-ci maddələrinin tələblərinin pozulması və onun əməlində həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin bütün əlamətlərinin mövcud olması, həmçinin onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan və əlavə təqdim edilmiş materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmir. Bu da onu deməyə əsas verir ki, Əliyev Samir Əliyar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli deyildir. Məhkəmə, həmçinin işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, yol nəqliyyat hadisəsinin baş verdiyi Mingəçevir şəhəri, Samux küçəsində yolayrıcı olmasını göstərən yol nişanı olmamış, həmçinin nəqliyyat vasitələri baş yol olmayan yolla hərəkət etməmişdir. Bu da onu deməyə əsas verir ki, hadisə nizamlanmayan yolayrıcına çatmamış baş vermişdir. Belə olan halda X6 ötmə əməliyyatı apararkən hərəkətlərində “Yol Hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmamışdır. Belə ki, “Yol Hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələbinə görə nizamlanan yolayrıclarında-əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında-baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) ötmə qadağandır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, məhkəmə iclası zamanı tədqiq edilmiş ekspert rəyində VAZ-21103 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X6 hadisənin qarşısını almağa texniki imkanın olmaması, 38,3 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində isə hadisənin qarşısını almağa texniki imkanın olması müəyyən edilmişdir. Lakin hadisənin baş verməsindən artıq uzun müddət keçdiyindən və yol nəqliyyat hadisəsi baş verdiyi ərazidə hadisənin izləri qalmadığından, VAZ-21103 markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 38,3 metrdən kiçik məsafədə və ya 38,3 metrdən böyük məsafədə olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda isə inzibati xəta törətmiş şəxs tərəfindən qanunun məhz hansı normasının tələblərini pozulması və bu pozuntunun konkret nədə ifadə olunması, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə inzibati xəta törətmiş şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olması müəyyən olunmur. Ona görə də X6 təqsirliliyi məhkəmə tərəfindən sübuta yetirilmir. Bu da onu deməyə əsas verir ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin məhz İXM-in 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığından, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Mingəçevir ŞPŞ-nin DYPB-nin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 İnzibati Xətalar Məcəlləsinin məhz 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin İXM–nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda yüksək yəni, 70-80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olması, araşdırmadan kənarda qaldığından və hazırkı vaxta qədər inzibati xətanın törədilməsindən 1 ildən çox müddət keçdiyindən, həmin inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin İXM–nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Ona görə də məhkəmə inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsini əsaslı hesab etmir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 128-130, 134-135-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nin DYPB-nin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin 23.07.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar