Məhkəmə qərarları › İş №3(051)-188/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-188/2022

04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-188/2022 04.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: X2 DYPB-in polis kapitanı: X6 iştirakı ilə xx.xx.1993-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali, subay, işsiz, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 01.04.2022-ci il tarixdə saat 17:20 radələrində idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək ötmə qaydasını pozub “VAZ 21033” markalı **-BD-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə X1 məxsus “VAZ 21033” markalı **-BD-*** nömrəli avtomobilə ciddi zərər dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. DYPB-in polis kapıtanı X6 məhkəmə iclası zamanı bildirdi ki, 01.04.2022-i il tarixdə saat 17:20 radələrində, Mingəçevir şəhər Samux küçəsində İnzibati xəta törətmiş şəxs Şəxs “Mercedes Benze 230” markalı **-CA-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, X1 məxsus “VAZ 21033” markalı **-BD-*** nömrəli avtomaşınla toqquşması məlum olmuşdur. Hadisə yerinə baxış keçirilməsi zamanı inzibati xəta törətmiş şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi və zərərçəkmişə məxsus avtomobilə ciddi maddi ziyan dəyməsi aşkar olunmuşdur. Zərərçəkmiş şəxs X2 məhkəmə iclası zamanı izahatında bildirdi ki, inzibati xəta törətmiş şəxs Şəxs 01.04.2022-ci il tarixdə saat 17:20 radələrində “Mercedes Benze 230” markalı **-CA-*** qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən zərərçəkmişə məxsus “VAZ 21033” markalı **-BD-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə maşına ciddi maddi zərər dəymişdir. Maşının təmirdən yeni çıxmışdır və saz vəziyyətdə idi. Odur ki, izahatını nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 01.04.2022-ci il tarixdə saat 17:20 radələrində X3 etibarnamə ilə verilmiş “Mercedes Benze 230” markalı **-CA-*** qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək ötmə qaydasını pozub “VAZ 21033” markalı **-BD-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə “VAZ 21033” markalı **-BD-*** nömrəli avtomobilin ciddi ziyan görməsinə səbəb olan yolnəqliyyat hadisəsini törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmanlıq keçirməsini, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, X4 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icarsı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar