Məhkəmə qərarları › İş №3(051)-192/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-192/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-192/2024 12.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Günəşli bağ massivi tərəfə Əli İslam 5-ci küç., yaşayan Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat aliment hər ay alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat aliment hər ay alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan icra vərəqəsi icra edilməmiş, ödənişlər təmin edilməmiş və icra vərəqəsi üzrə cəmi 4200 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun qeyd olunan icra vərəqələri üzrə cəmi 4200 manat məbləğində borcu vardır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)- 476/2023 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat aliment hər ay alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, həmin borcdan ödəniş edə bilməmişdir. Hazırda heç bir yerdə işləmir. Bazarda fəhləlik edir, araba daşıyır. İcra sənədini icra etməkdən yayınmır. Maddi imkanı yaxşı deyil. Buna baxmayaraq az da olsa ödənişlər edir. Ona görə də borcunu ödəyə bilmir. Barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, aliment borcunun tam ödənilməsini tələb edir. Əks halda borclunun cəzalandırılmasını xahiş edir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə borcu yaranmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1846/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş Şahin və xx.xx.2012-ci il tarixdə doğulmuş Cavid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1846/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan xəbərdarlıq və izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-476/2023 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etdi ki, Məmmədov X2 şəhər Məhkəməsinin 2(051)- 1846/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat aliment hər ay alınaraq, Zərərçəkmiş şəxs ödənilməsi üçün icrasından qəsdən boyun qaçırmış, İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Onun əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 mart 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar