Məhkəmə qərarları › İş №3(051)-193/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-193/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-193/2024 27.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1985-cİ ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru məhkəmə iclası zamanı məhkəmədən inzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, heç bir yerdə işləmir. Ona görə də cəriməni ödəyə bilməmişdir. Məhkəmədən izahatına uyğun qərar çıxarılmasını xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən 5000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. Bununla belə işin baxılmasını istisna edən, yəni İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında protokola görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə edilmiş, AR Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli icra sənədi əsasında xx.xx.2021-ci il tarixdə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, borcluya həmin qərarın surəti və “tələbin könüllü icrası haqqında” bildiriş şəxsən verilmişdir. Səlahiyyətli orqanın məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində icra olunmamasına baxmayaraq, icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol isə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi gündən 4 aydan çox müddət keçdikdən sonra tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 529.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar