Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-194/2024 13.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs ötən ilin oktyabr ayında X1 məxsus 1 ədəd “Toshiba” markalı notebook oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, əvəllər məhkum edilmişdir. Hazırda oğurluqla bağlı cinayət işi məhkəmənin icraatındadır. Barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri tətbiq edilmişdir. Mingəçevir şəhərində Vaqonlar qəsəbəsində yaşayır. Ötən ilin oktyabr ayında yaşadığı evin qapı bir qonşusu T.Hümbətova evdə olmadığı zaman, onun mənzilinə daxil olaraq, orada 1 ədəd “Toshiba” markalı notebook oğurlayıb, tanımadığı adama satmışdır. 1 gün əvvəl yenidən qonşunun evinə girmişdir. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Mingəçevir şəhərində Vaqonlar qəsəbəsində yaşayır. Şəxs onun qonşusudur. O, müalicə üçün Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərinə yaşadığı evə gələn zaman ona məxsus 1 ədəd “Toshiba” markalı notebook yerində görmədi. Sonra məlum oldu ki, həmin notebook oğurlanmışdır. Ona dəymiş zərər ödənilməmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İşdə olan sübutlar: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X2 xx.xx.2024-cü il tarixli ərizəsi əsasında aparılmış təhqiqat zamanı müəyyən olmuşdur ki, ona məxsus 2013-cü ildə almış, işlək vəziyyətdə olmuş cəmi 90 manat dəyərindən “Toshiba” markalı notebook oğurlanmışdır. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilmısi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “17 saylı rəydən görünür ki, 2013-cü ildə alınmış və işlək vəziyyətində olan “Toshiba” markalı notebookun orta bazar qiyməti 90 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal isə müəyyən edilmədi. Məhkə inzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alıb digər tənbeh tədbirinin tətbiqini kifayət saymayaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2024–cü il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-194/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-194/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver