Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-195/2023 21.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Mingəçevir şəhəri PŞ DYPB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhəri PŞ DYPB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin (hüquqi şəxsin) mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqan tərəfindən bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəməyə göndərilmiş materialı nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxslər haqqında məlumatın verilməsinə dair sorğunun Mingəçevir şəhər PŞ tərəfindən Şəxs MMC-yə göndərilməsini, həmin sorğunun MMC-yə çatmasını təsdiq edən sənəd inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-195/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-195/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver