Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-196/2023 28.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Həsənli Cavid Qurban oğlunun katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X4, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(051)-933/2016 saylı icra vərəqəsi üzrə yaranmış 4392.87 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, Mingəçevir şəhər Məhkəməsinin 3(051)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməklə 10 gün müddətinə inzibati həbs olunmuşdur. Bundan sonra borclu sözügedən xətanı 1 il ərzində yenidən törətmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək, izahatında bildirdi ki, borclu Şəxs aliment borcunu ödəməkdən boyun qaçırmaqla İXM-nin 528.1-ci maddəsində nzərədə tutulmuş inzibati məsuliyyətə cəlb edilmiş və 10 gün inzibati həbs edilmişdir. Eyni əməli 1 i ərzində yenidən törətməklə şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmşdir. Şəxsin hazırda aliment borcu 4392.87 manat təşkil edir. Ancaq borclu hazırda həmin borcdan 1000 manat ödəmişdir və qalan borcunu da ödəyəçəkdir. Tələbkarla aralarında razılığa gəliblər. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsinə əsas yaranmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(051)-933/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2005-ci il tarixdə doğulmuş Məhəmməd adlı uşağın saxlanması üçün hər ay cavabdehin əmək haqqının dörddə biri miqdarında alimentin alınıb tələbkara verilməsi qət edilmişdir. Lakin onun aliment borcundan xəbəri olmamışdır. Belə ki əvvəllər işləməmidir, sonradan hərbiçi kimi işləməyə başlamışdır və hər ay 80 manat tələbkara pul ödəmişdir. Sonradan onu icradan çağıranda məlum olmuşdur ki, onun hər ay aliment borcu 193 manat miqdarındadır. Odur ki, hazırki vaxtda aliment borcu yığılıb qalmışdır. İndiyədək aliment borcunu ödəyə bilməmişdir, ancaq hazırda həmin borc məbləğindən 1000 manat ödəmişdir. Qalanını da ödəyəçəkdir. Tələbkarla aralarında razılığa gəliblər. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, lakin tələbkarın nümayəndəsi X3 məhkəməyə xx.xx.2023-cü ildə ərizə ünvanlayaraq tələbkarla borclunun razılığa gəldiyini, buna görə də inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-933/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2005-ci il tarixdə doğulmuş Məhəmməd adlı uşağın saxlanması üçün hər ay cavabdehin əmək haqqının dörddə biri miqdarında alimentin alınıb X1 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 3(051)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməklə 10 gün müddətinə inzibati həbs olunmuşdur. İşdə olan xx.xx.2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-933/2016 saylı icra vərəqi üzrə yaranmış 4392.87 manat məbləğində aliment borcu Şəxs tərəfindən 1 il ərzində yenidən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan icra məmuru tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs X1 olan aliment borcundan 1000 manatını ödəmişdir. Həmçinin tələbkarın nümayəndəsi X3 həmin tarixdə məhkəməyə qəbz ünvanlayaraq borcludan 1000 manat pul məbləğinin ona ödənildiyini bildirmişdir. Beləliklə, borclunun izahatı, tələbkarın nümayəndəsinin ərizəsini, icra məmurunun qəbzini, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, onun maddi vəziyyətinin ağır olması səbəbindən borcunu ödəyə bilməmişdir. O, icra məmurunun tələbinə tabesizlik göstərməmiş və borcunu ödəməkdən boyun qaçırmamışdır. Hətta borclu borc məbləğindən 1000 manat ödəmiş və qalan borcun ödənilməs ilə bağlı tələbkarla da razılığa gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 528.1-1-ci maddəsin ə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halları iş materialları ilə təkzib olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə, inzibati xəta hadisəsini olmaması əsası ilə xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-196/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-196/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver