Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-197/2022 26.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 İcra sənədi üzrə borclu : Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Yevlax rayonu, Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi, ev 1, mənzil 16 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Yevlax Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan borcun verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Yevlax Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli icra sənədi ilə cavabdeh Şəxs 4000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı X2 ödənilməsi qət edilmişdir. Lakin, borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclunun hazırki vaxta olan borcu 1800 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Yevlax Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli icra sənədinə əsasən ondan 4000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Ancaq borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Bununla belə, o, hazırda tələbkara olan borcundan 50 manat ödəniş etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli 2(039)-2306/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan 05.04.2022-ci i tarixli MN ******* saylı protokoldan görünür ki, Yevlax Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli 2(039)-2306/2017 saylı icra vərəqi üzrə yaranmış 1800 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən onun barəsində AR İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs 26.04.2022-ci il tarixdə X1 hesabına 50 manat məbləğində pul köçürmüşdür. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə borcundan 50 manat məbləğində pulu ödənış etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-197/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-197/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver