Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-197/2023 20.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İcra və probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-884/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 1000 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-884/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat məbləğində aliment tutulub tələbkar X2 verilməlidir. Şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin 2(051)-884/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 580 manat aliment borcunu ödəmədiyinə görə MN ******* №-li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanın Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-884/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2012-ci il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 140 manat məbləğində aliment tutulub tələbkar X2 verilməlidir. Başqa adamlardan borc almaqla aliment borcundan 300 manat ödəniş etmişdir. Borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Zərərçəkmiş şəxs (tələbkar) X3 məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qəsdən aliment borcunu ödəmədiyini bildirdi. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. Lakin barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar materiala əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-197/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-197/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver