Məhkəmə qərarları › İş №3(051)-197/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-197/2024

06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-197/2024 06.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar qəbul edilmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X5 qeyd olunan qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət verən X5 şikayəti onunla əsalandırılmışdır ki, o, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X3 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-in 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Lakin o, həmin qərarla razı deyil. Belə ki, Mingəçevir şəhəri 1-ci İ.Qasımov döngəsi, 70-B, yeni qaydalarda ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və xx.xx.2024-cü ol tarixdə qeydiyyata alınmışdır. O, qeyd olunan torpaq sahəsini aldıqdan sonra orada obyektin funksional təyinatını dəyişdirməmiş, qanunsuz yenidən planlaşdırma və yenidən qurma işləri aparmamışdır. Belə ki, onun mülkiyyətində olan torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqlarıdır. O, torpaq sahəsini alan zaman orada tikili olmuşdur. Digər tərəfdən isə o, orada yenidənqurma işləri aparmamışdır. O, öz torpaq sahəsində ağaclar əkmişdir. Bundan başqa onu da qeyd etməyi zəruri hesab edir ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə, qeyd olunan torpaq sahəsi isə üzərində onun mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Belə olan halda onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassızdır. Hesab edir ki, onun əməlində inzibati xətanın tərkibi yoxdur. Buna görə də tərtib edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv olunmalıdır. Odur ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri X6 tərəfindən xx.xx.2024-cü il tarixdə onun barəsində qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və barəsindən Azərbaycan Respublikası İXM-in 395.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı X5 məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılmasını, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 izahatında bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsi tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xatanı törətmiş və barəsində xx.xx.2024-cü il tarixli, MN1859430 nömrəli protokol tərtib olnmuşdur. Həmin protokola əsasən X5 barəsində Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2024cü il tarixli MN1478620 nömrəli qərar qəbul etmiş və E.Ağayev 500 manat məbləğində cərimə olunmuşdur. Belə ki, X1 şəhəri İ.Qasımov küçəsi ev 70 B ünvanında tikintisinə tələb olunan obyektin funksional təyinatını dərişdirməklə, qanunsuz yenidən planlaşdırma və yenidən qurma işləri aramışdır. Mingəçevir ŞPŞ-in tərtib etdiyi protokolun müddəti bitdiyi və onun məzuniyyətə getdiyi üçün qeyd edilən torpaq sahəsinə baxış keçirmədən qərar qəbul etmişdir. Şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün inzibati orqana qaytarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Mingəçevir şəhəri 3 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 109 nömrəli arayışa əsasən X1 şəhəri M.V.Vidadi küçəsi ev 2, mənzil 30 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola əsasən X1 şəhəri 1-ci İ.Qasımov döngəsi, 70-B ünvanda tikintisinə icazə tələb olunan obyektin funksional təyinatı dərişdirməklə onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidən qurma işləri aparılması qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xatanı törətmiş və 500 manat məbləğində cərimə edilmişdir. Mingəçevir şəhər icra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 5-3/2-155/2024 nömrəli bildirişdən görünür ki, X5 qanunsuz yenidən qurma işləri aparmasına görə 500 manat cərimə olunduğu bildirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən Mingəçevir şəhəri 1-ci İ.Qasımov döngəsi, 70-B, yeni qaydalarda ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən X4 xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1.-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 395.2-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılmasına, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şəxs barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarda şəxsin torpaq sahəsində tikintisinə icazə tələb olunan tikinti obyektinin funksional təyinatı dəyişdirilməklə, qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılması qeyd olunmuşdur. Bununla bağlı hər hansı sübut (mütəxəssis rəyi) qərara əlavə edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə olan halda, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar