Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-198/2023 02.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Həsənli Cavid Qurban oğlunun katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X4, Tələbkar: X1, İcra sənədi üzrə borclu: Şəxs Əbdülhəsən oğlunun iştirakı ilə xx.xx.1963-cü il tarixdə Yevlax rayon , Qoyunbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Əbdülhəsən oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən borclu Şəxs Əbdülhəsən oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-653/2021 saylı icra vərəqəsi üzrə yaranmış 1080 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında bildirdi ki, borclu Şəxs Əbdülhəsən oğlu hazırda 1080 manat aliment borcundan 300 manat ödəmişdir. Odur ki, hazırda onun aliment borcunun bir hissəsini ödədiyini nəzərə alaraq protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs Əbdülhəsən oğlu izahatında bildirdi ki, O, qətnamənin icrasından yayınmamışdır, icra məmurunun tələbinə tabesizlik göstərməmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün aliment borcunu ödəyə bilməmişdir. Bununla belə tələbkara olan 1080 manat qalıq aliment borcundan 300 manatını ödəmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar X3 bildirdi ki, borclu Şəxs Əbdülhəsən oğlu tələbkara olan 1080 manat qalıq aliment borcundan 300 manatını ödəmişdir və məhkəmədən icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-653/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Əbdülhəsən oğlundan xx.xx.2010-cu il tarixdə doğulmuş Zəhra adlı uşağın saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X2 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-653/2021 saylı icra vərəqi üzrə yaranmış 1080 manat məbləğində aliment borcu Şəxs Əbdülhəsən oğlu tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan tələbkar X1 məhkəmə icraatı zamanıməhkəməyə təqdim etdiyi ərizədən görünür ki , borclu Şəxs Əbdülhəsən oğlu tələbkara olan 1080 manat qalıq aliment borcundan 300 manatın ödəmişdir və məhkəmədən icraata xitam verilməsini xahiş edir Beləliklə, borclunun və icra məmurunun izhahtları, tələbkarın ərziəsi, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs Əbdülhəsən oğlu icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni aliment borcunu maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcun ödənilməsi ilə bağlı izahatını, tələbkarın ərizəsini, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs Əbdülhəsən oğlunun barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Əbdülhəsən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-198/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-198/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver