Məhkəmə qərarları › İş №3(051)-199/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-199/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-199/2022 26.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində 13.12.2021-ci il tarixli EQ ******* saylı qərarla Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin inzibati cəriməyə 28 manat penya hesablanmış və nəticədə 78 manat inzibati cərimə yaranmışdır. İşdə olan DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində 13.12.2021-ci il tarixli EQ ******* saylı qərarla Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 50 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin inzibati cəriməyə 28 manat penya əlavə edilmiş, nəticədə 78 manat inzibati cərimə yaranmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 339.1-1-ci və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunduğu, həmçinin cəriməni və hesablanmış penya məbləğini qanunla müəyyən olunan müddətdə ödəmədiyindən, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar