Məhkəmə qərarları › İş №3(051)-2/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-2/2022

16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-2/2022 16.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 09 may 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixdən başlayaraq alınıb X1 ödənilməsi haqqında Mingəçevir şəhər məhkəməsinin 06 may 2014-cü il tarixli 2(051)-806/2014 №-li icra sənədinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materialları ilə müəyyən edildi ki, Şəxs barəsində 05 dekabr 2017-ci ildə Mingəçevir şəhər İcra Şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs məhkəməyə gəlmədiyinə və işə onun iştirakı olmadan baxılması mümkün olmadığına görə məhkəmə 3(051)-1367/2017 №-li 11 dekabr 2017-ci il tarixli “Məhkəməyə gətirilmə haqqında” qərar qəbul etmiş və qərar icra olunması üçün Mingəçevir şəhər polis şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında işlər üzrə icraata başlana bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göstərilənlərə əsasən hesab edirəm ki, qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb olunmamalı və barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb olunma müddəti ötdüyünə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar