Məhkəmə qərarları › İş №3(051)-2/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-2/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-2/2023 26.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1960-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, M.S.ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri, Nizami küçəsi, ev 6A, mənzil 62 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 7400 manat əsas borc, mənzilin sığortalanması üçün 30 manat, kredit müqaviləsinin bağlanması üçün 92 manat, ipoteka müqaviləsinin bağlanması üçün 34.50 manat, bildirişin təsdiqlənməsi üçün 30 manat, vəkilin xidməti olaraq 30 manat, cəmi 7616.50 manat məbləğində pulun tutulub Zərərçəkmiş şəxs Nürəddin oğluna verilməsi haqqında Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-2597/2019 №-li icra sənədinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə Şəxs barəsində xx.xx.2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materialları ilə müəyyən edildi ki, Şəxs barədə inzibati xəta haqqında protokol xx.xx.2021-ci ildə tərtib edilmişdir, lakin o, məhkəməyə gəlmədiyinə və işə onun iştirakı olmadan baxılması mümkün olmadığına görə məhkəmə 3(051)-959/2021 №-li xx.xx.2021-ci il tarixli qərar qəbul etmiş və qərar icra olunması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-11/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılmış və Şəxs tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında işlər üzrə icraata başlana bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Göstərilənlərə əsasən hesab edirəm ki, qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb olunmamalı və barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb olunma müddəti ötdüyünə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar