Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-201/2023 22.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1988–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “X9” MMC-də sosial işçi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına daxil olaraq ünvanlı söyüşlər söymüş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2023-cü il tarixdə mərkəzi bazar adlanan yerdə dayısı ilə alverçi tanışı arasında nisyə alqı-satqı ilə əlaqədar yaranmış mübahisə zamanı həmin şəxsin atası onu vurmuşdur. O isə əsəbləşərək damarlarını kəsmişdir. Bundan sonra polis şöbəsinə getmiş və əsəbi olduğu üçün öz-özünə ünvansız söyüşlər söymüşdür. 2-ci Qarabağ müharibəsində iştirak etdiyindən əsəblərini cilovlaya bilməmiş və tez özündən çıxmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-in PPX-nin əməkdaşıdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində mərkəzi bazarda baş vermiş hadisə ilə bağlı növbətçi hissə ona məlimat vermiş və o da həmin yerə getmişdir. Onlar həmin şəxsləri şöbəyə dəvət etmişlər. Lakin sonradan mübahisə edən Məhəmməd Hüseynovun qohumu olan Şəxs öz başına sərxoş vəziyyətdə polis şöbəsinə daxil olaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polis şöbəsinin iş fəaliyyətini pozmuşdur. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, lakin o, hərəkətlərini davam etdirmiş və üzərində olan cib bıçağını çıxararaq nümayiş etdirmiş, sonra isə həmin bıçağı onun əlindən alaraq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 da X2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-in PPX-nin əməkdaşıdır. xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində Mingəçevir şəhər Polis şöbəsində daxili qapıxidmətində olarkən bir nəfər şəxsin içkili vəziyyətdə özbaşına icazəsiz polis şöbəsinə daxil olaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək iş fəaliyyətini pozmuşdur. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs hərəkətlərini davam etdirmiş və üzərində olan cib bıçağını çıxararaq nümayiş etdirmiş, sonra isə həmin bıçağı onun əlindən alaraq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 da X6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs inzibati xəta törədən zaman orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis şöbəsinə gətirilən zaman onun sol biləyinin kəsilmiş yarası xəsarəti olmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş vəziyyətdə Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına daxil olaraq ünvanlı söyüşlər söymüş və xidməti vəzifəsini yerinə yetirən polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən, sərxoş vəziyyətdə olması isə məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, AR İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 21 fevral 2023-cü il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-201/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-201/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver