Məhkəmə qərarları › İş №3(051)-204/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-204/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-204/2023 25.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin barəsində Mingəçevir şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. İş üzrə icraatın başlanması haqqında qərara əsasən "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Buna görə də, "xxxx" MMC-nin barəsində Mingəçevir şəhər Prokurorluğu tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, o, 2022-ci ilin yanvar ayından etibarən "xxxx" MMC-də hüquqşünas vəzifəsi üzrə işləməyə başlamışdır. "xxxx" MMC “X19” MMC-nin subpodratçısı olaraq Mingəçevir şəhərində kanalizasiya xətlərinin çəkilməsini həyata keçirməyə başlamış və "xxxx" MMC-nin işçiləri də həmin işlərin görülməsinə cəlb olunmuşdur. "xxxx" MMC işlərin görülməsinə xidməti müqavilə əsasında “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşınını istifadəyə vermişdir. Həmin yük maşını da X10 tərəfindən idarə olunmuşdur. Bu işlərin müqabilində də şirkət tərəfindən nəqliyyat vasitəsinin işlədiyi bir gün üçün 55 manat ödəniş edilmişdir. "xxxx" MMC işlərin görülməsinə xidməti müqavilə əsasında “Kamaz 5511” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşınını istifadəyə götürmüşdür. Həmin yük maşını da X10 tərəfindən idarə olunmuşdur. Müqavilə xidməti müqavilə olduğuna görə həmin nəqliyyat vasitəsinin sürücüsü ilə əmək müqaviləsi bağlanmamışdır. Araşdırma materiallarına əlavə edilmiş "xxxx" MMC ilə “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük maşınının mülkiyyətçisi sonradan qüvvədən düşmüşdür. Yeni tərtib olunmuş müqavilədə sürücüyə dair qeydlər öz əksini tapıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X11 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Bununla da "xxxx" MMC İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Mingəçevir şəhər Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün sayır Məhkəmə daxil olmuş inzibati iş üzrə materialları və sübutları nəzərdən keçirdib belə qərara gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Mingəçevir şəhər prokuroru X6 xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarından görünür ki, "xxxx" MMCnin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Mingəçevir şəhər prokurorunun böyük köməkçisi X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 dekabr 2022-ci il tarixli qərarından görünür ki, 199/C-22 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi əlamətləri olmadığından AR CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olunmuş X10 və X12 prokurorluğa yazmış olduqları izahatlarından görünür ki, X7 "xxxx" MMC-də işləməyi ilə bağlı əmək müqaviləsi olsa da, X3 "xxxx" MMC-də işləməyi ilə bağlı əmək müqaviləsi olmamışdır. İşə əlavə olunmuş məktubdan görünür ki, 30 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda yaşayan X13 tərəfindən icazəsiz olaraq tikinti aparılması məqsədilə Kür çayı sahilindəki əraziyə torpaq kütləsi daşıtdırmasını və çayın deltasını zəbt etməsini aşkar edilib və X13 tərəfindən icazəsiz olaraq Kür çayı deltasının zəbt olunmasının qarşısının alınması məqsədilə tədbir görülməsi Mingəçevir şəhər polis şöbəsindən xahiş olunmuşdur. İşə əlavə olunmuş 30 noyabr 2022-ci il tarixli baxış protokolunda göstərilir ki, Mingəçevir şəhəri, Kür küçəsi ev 1-də yerləşən torpaq sahəsinə baxış keçirilib. Qeyd olunan torpaq sahəsinin içərisində müxtəlif növ ağaclar mövcuddur, Kür çayı sahilindəki əraziyə torpaq kütləsi tökülüb. Baxışda iştirak edən X13 hazırda yaşadığı Kür küçəsi 1 saylı ünvan 1971-ci ildə Mingəçevir şəhəri rəhbərliyi tərəfindən məhrum X8 verildiyini, həmin sahə üçün imkanı olmadığındadn yeni sənədlə ala bilmədiyini, buna baxmayaraq yaşadığı evin torpağının bir hissəsinin Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* saylı çıxarışı olduğunu bildirib. Həmçinin yaşadığı evin qarşısının bərbad vəziyyətdə olduğunu, bu səbəbdən həmin yeri abadlaşdırmaq qərarına gəldiyini bildirib. İşə əlavə olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X9 tərəfindən “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək hüququ X5 etibar edilmişdir. İşə əlavə olunmuş 03/11 saylı, xx.xx.2012-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəçi "xxxx" MMC-nin direktoru Uğur Yeniçeri “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili hər ay 1540 (bir min beş yüz qırx) manat məbləğində icarə haqqı ödəməklə icarəverən X1 icarəyə götürmüşdür. İşə əlavə olunmuş 03-1/11 saylı, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Uğur Yeniçeri sifarişçi, X9 isə icraçı adlandırılıb. İcraçı özünə məxsus olan “Kamaz 5511” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük özüboşaldan nəqliyyat vasitəsi ilə Mingəçevir şəhərində yük daşıma xidmətlərinin göstərilməsi öhtəliyin həyata keçirir. xx.xx.2022-ci il tarixli 03/11 nömrəli müqavilənin ləğvinə dair razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03/11 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdən etibarən tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmişdir və tərəflər öz imza və möhürü ilə müqavilənin ləğvini təsdiq edir. xx.xx.2023-cü il AR ƏƏSMN yanında DƏMX-nin məktubuna əsasən X3 adına "xxxx" altsistemə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Eyni zamanda, İ.Həsənov ilə "xxxx" MMC rasında kağız üzərində bağlanmış əmək müqaviləsi DƏMX-də mövcud deyil. Belə ki, məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində "xxxx" MMC inzibati xətanın törədilməsində təqsirlidir. Lakin, bütün bunlara baxmayaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 dekabr 2022-ci il tarixli qərarın tərtib edildiyi gündən yəni 26 dekabr 2022-ci il tarixindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq, inzibati xəta haqqında qərar tərtib olunan "xxxx" MMC barəsində həmin 3 aylıq müddət ərzində inzibati tənbeh tədbiri tətbiq olunmamışdır. Bu hal isə inzibati xəta törətmiş hüquqi şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın tərtib edildiyi gündən yəni 26 dekabr 2022-ci il tarixindən 3 aydan çox müddət keçdiyindən və həmin müddət ərzində inzibati tənbeh tətbiq olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar