Məhkəmə qərarları › İş №3(051)-205/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-205/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-205/2021 09.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Barəsində qərar qəbul edilmiş şəxs X6, onun qanuni nümayəndəsi X3, qərarından şikayət verilmiş Mingəçevir şəhər PŞ İTB-nın rəisi vəzifəsini icra edən, polis kapitanı X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 qanuni nümayəndəsi Əliyeva Tərlan İkram qızının Mingəçevir şəhər PS İTB-nın rəisi vəzifəsini icra edən E.Əmrahovun ******* №li xx.xx.2020-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Mingəçevir şəhər PŞ İTB-nin rəisi vəzifəsini icra edən, polis kapitanı X4 ******* №li xx.xx.2020-ci il tarixli qərarı ilə yetkinlik yaşına çatmayan X6 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsi ilə inzibati cərimə olunmuşdur. Yetkinlik yaşına çatmayan H.Əliyevin qanuni nümayəndəsi X3 həmin qərardan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 izahatında bildirdi ki, Heydər Əliyev onun oğludur. Oğlu Heydər xx.xx.2003-cü ildə anadan olmuşdur, yetkinlik yaşına çatmamışdır. Oğlu xx.xx.2020-ci il tarixdə müəllim yanından hazırlıq dərslərindən qayıdan zaman polis əməkdaşları onu küçədə saxlayaraq tibbi maskadan istifadə etmədiyinə görə İXM-nin 211.2-ci maddəsi ilə 100 manat cərimə olunmuşdur. O, həmin qərarı qanunsuz hesab edir. Belə ki, oğlu yetkinlik yaşına çatmadığına görə qanuni nümayəndə də protokol tərtib olunan vaxt, eləcə də inzibati işə baxılan zaman iştirak etməli idi. Bundan əlavə həmin vaxt uşaq maska ilə olub, ancaq maskadan düzgün istifadə etməyib, maskanın bir az aşağı çəkibdir. Eləcə də uşaq qapalı məkanda deyil, küçədə açıq havada olmuşdur. Həmçinin, yetkinlik yaşına çatmayanlar inzibati xəta törətdikdə həmin xəta haqqında toplanmış sənədlər İcra Hakimiyyətinin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının nümayəndəsi üzrə komissiyaya göndərilməlidir. Qərar qanunsuz olduğuna görə ləğv olunmasını xahiş edir. X6 məhkəmə iclasında bildirdi ki, xx.xx.2003-cü ildə anadan olmuşdur. xx.xx.2020-ci ildə saat 17:00 radələrində müəllim yanından, hazırlıq dərslərindən qayıdırdı. H.Əliyev prospektində piyada gedən zaman telefonla danışmaq üçün maskanı aşağı saldı. Polis əməkdaşları onu görüb saxladılar, ona maskadan istifadə etmədiyini bildirdilər. Sonra ondan izahat alındı. Qərarından şikayət verilmiş Mingəçevir şəhər PŞ İTB-nın rəisi vəzifəsini icra edən, polis kapitanı X7 məhkəmə iclasında bildirdi ki, Heydər Əliyev barəsində toplanmış material və İXMnin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol ona təqdim olunmuş, o da həmin materiala baxaraq H.Əliyevin 100 manat inzibati cərimə olunması barədə xx.xx.2020-ci il tarixli qərarı qəbul etmişdir. İnzibati işə baxılması ilə əlaqədar inzibati xəta törədən Heydər Əliyevə, eləcə də onun qanuni nümayəndəsinə məlumat verməmişdir. Hesab edir ki, qərar qanunidir, şikayətin təmin olunmamasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin edilməli, qərar ləğv olunmalı, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərərçəkmiş yetkinlik yaşına çatmadıqda həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.5-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. İş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 xx.xx.2003-cü il təvəllüdlüdür, yetkinlik yaşına çatmamışdır. H.Əliyev barəsində inzibati xəta haqqında protokol tərtib edilən, eləcə də inzibati xəta haqqında işə baxılan zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmiş, qanuni nümayəndəsinin iştirakı təmin olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Lakin məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında işə baxılan zaman inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 və qanuni nümayəndəsinə məlumat verilməmiş, nəticədə onun hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasıına maneə törədərək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasıdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, şikayət təmin edilməli, Mingəçevir şəhər PŞ İTB-nın rəisi vəzifəsini icra edən, polis kapitanı X7 08100045 №li xx.xx.2020-ci tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və yenidən baxılmaq üçün inzibati material Mingəçevir şəhər PŞ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət təmin olunsun. Mingəçevir şəhər PŞ İTB-nın rəisi vəzifəsini icra edən, polis kapitanı X4 08100045 №li xx.xx.2020-ci tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında material yenidən baxılması üçün Mingəçevir şəhət PŞ-ə göndərilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar