Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-205/2023 17.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Məhəmmədoğlu MMC-nin qanuni nümayəndəsi X8 iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2stərən (VÖEN **********)–hüquqi şəxs Məhəmmədoğlu MMC-nin Azərbaycan Respublikası İXM–in 215.4-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik X11 Nəzarət Şöbəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM–in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 10:50 radələrində Məhəmmədoğlu MMC-də keçirilən planlı yoxlama zamanı X1 şəhadətnaməsi olmadan həmin müəsissədə özəl tibbi praktik fəaliyyətlə məşğul olması aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC direktoru X14 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə rəhbərlik edir. Rəhbərlik etdiyi müəsissədə Səhiyyə Nazirliyinin Analitik X11 Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş planlı yoxlama zamanı X1 şəhadətnaməsi olmadan həmin müəsissədə özəl tibbi praktik fəaliyyətlə məşğul olmasının aşkarlanması bildirilsə də, X12 rəhbərlik etdiyi müəsissədə həkim-stomotoloq kimi həmin vaxt fəaliyyət göstərməmişdir. Belə ki, X12 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, X12 tibbi avadanlıqlara xidmətin göstərilməsini həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə də tibbi avadanlıqlardan nasaz vəziyyətdə olan olduğu üçün X9 müəsissəyə çağırmışlar. Elə həmin vaxt da Səhiyyə Nazirliyinin Analitik X11 Nəzarət Şöbəsinin əməkdaşları otağa daxil olaraq, X1 şəhadətnaməsi olmadan orada həkim-stomotoloq kimi fəaliyyət göstərdiyini bildirmişlər. Halbuki, həmin vaxt X12 hər hansı şəxsə tibbi xidmət göstərməmiş, nə də orada olan tibbi ləvazimatlardan təyyinatı üzrə istifadə etməmişdir. Bundan başqa X12 həmin vaxt başqa bir müəsissədə rəsmi olaraq reklam agenti vəzifəsində işləmişdir. Ondan sonra, yəni xx.xx.2023-cü il tarixdə isə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilişdir. X3 isə işlədəyi başqa müəsissədə həkimstomatoloq kimi fəaliyyət göstərir. Lakin onun rəhbərlik etdiyi müəsissədə isə xidməti müqavilə əsasında yalnız tibbi avadanlıqlarda olan nasazlıqlara baxmışdır. X12 heç vaxt onun rəbərlik etdiyi müəsissədə özəl tibbi praktik fəaliyyətlə məşğul olmamışdır. Hesab edir ki, protokolda göstərilən hallar əsaslı deyildir. Onun əməlində X10 münasibətdə inzibati xəta tərkibi yoxdur. Yoxlama zamanı aşkar edilmiş digər mexaniki nöqsanlar da həmin vaxt aradan qaldırılmışdır. Odur ki, rəhbərlik etdiyi müəsissə barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 MMC-nin qanuni nümayəndəsi X14 ilə eyniməzmunlu ifadə verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2022ci il tarixdə "xxxx" MMC-də reklam agenti vəzifəsində işləmiş, yalnız xidməti müqavilə əsasında Şəxs MMC-də tibbi avadanlıqlara texniki xidmət göstərmişdir. Onun əsas iş yeri "xxxx" MMC olmuşdur. Onunla müəsissə arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, sertifikasiya şəhadətnaməsi aldıqdan sonra isə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsində dəyişiklik edilmiş və o, həkim-stomotoloq vəzifəsinə işə qəbul edilmişdir. hazırda "xxxx" MMC-də həkim-stomotoloq kimi fəaliyyət göstərir. Həmin vaxt o, təsadüfən tibbi avadanlıqda olan nasazlığı aradan qaldırmaq üçün Şəxs MMC–nin xidməti ofisinə getmişdir. Onda da Səhiyyə Nazirliyinin Analitik X11 Nəzarət Şöbəsinin əməkdaşları oraya gəlmişdir. Lakin həmin vaxt o, xəstəyə baxmamış, nə də fəaliyyətdə olan həkimə yardım etməmişdir. Bununla bağlı ondan heç bir izahat alınmamışdır. Çünki elə bir hal olsaydı, ondan izahat alınardı və yaxud fotoşəkilləri çəkilərdi. Doğrudur, həmin vaxt onun sertifikasiya şəhadətnaməsinin müddəti bitmişdir. Bununla belə o, müddətin uzadılması ilə bağlı müraciət etmişdir. Lakin həmin müddət ərzində o, heç bir müəsissədə, o cümlədən Şəxs MMC-də tibbi-praktiki fəaliyyətlə məşğul olmamışdır. Bununla bağlı heç bir rəsmi sənəd və yaxud fotoşəkil Səhiyyə Nazirliyinin Analitik X11 Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilməmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin barəsində AR İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 78 saylı planlı yoxlama aktından görünür ki, Şəxs MMC-də həkim-stomatoloq kimi fəaliyyət göstərən X1 şəhadətnaməsinin olmadığı müəyyən edilmiş, digər həkim-stomatoloq X5 isə sertifikasiya şəhadətnaməsinin yoxlamaya təqdim edilmədiyi göstərilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X14 Şəxs MMC-də stomatoloji kabinetdə direktor vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X13 Şəxs MMC-də stomatoloji kabinetdə həkim-stomatoloq vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş Şəxs MMC-nin direktoru X14 ilə X12 arasında bağlanmış tibbi avadanlıqlara xidmətin göstərilməsi barədə xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X12 müqavilədə nəzərdə tutulmuş qaydada sifarişçinin müəyyən etdiyi tibbi avadanlıqlara xidmətlərin göstərilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ştat cədvəlindən görünür ki, Şəxs MMC-də 1 ştat vahidi direkror, 1 ştat vahidi həkim stomatoloq, ½ ştat vahidi tibb bacısı, ½ ştat vahidi qeydiyyatçı vəzifələri mövcuddur. İşdə olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, stomatoloji kabinetdə X6 tibb bacısı, X15 isə qeydiyyatçı kimi işə qəbul edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdən AS Dentalda reklam agenti kimi işə qəbul edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdən “AS Dental “ MMCdə həkim-stomatoloq kimi işə qəbul edilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X12 xx.xx.2023-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxsə mübahisənin tam, hərtərəfli, obyektiv araşdırılması üçün planlı yoxlamanın nəticəsi barədə tərtib edilmiş aktda göstərilən pozuntuları, o cümlədən X4 özəl tibbi praktik fəaliyyətlə məşğul olmasını əks etdirən fotoşəkillərin Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi xahiş edilsə də, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs iş üzrə əhəmiyyəti olan hallara dair həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə və öz daxili inamı ilə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Məhəmmədoğlu MMC-nin barəsində AR İXM-nin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, X4 Şəxs MMC-də özəl tibbi praktiki fəaliyyətlə məşğul olması işdə olan səndlərlə sübut olunmur. Əksinə, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdə X4 həmin vaxt başqa bir müəsissədə reklam agenti vəzifəsində işləməsi, əsas iş yerindən əlavə olaraq Şəxs MMC-yə isə yalnız xidməti müqaviləyə üzrə tibbi avadanlıqlara texniki yardım göstərməsi öz əksini tapmışdır. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi və X12 inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxsin istinad etdiyi dəlilləri təkzib etmişlər. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdən, X4 məhz həmin gün Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən obyekdə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktik fəaliyyətlə məşğul olması görünmür. Belə ki, inzibati xəta haqqında protokola X1 şəhadətnaməsi olmadan həmin müəsissədə özəl tibbi praktik fəaliyyətlə məşğul olmasına dair heç bir mötəbər sübut, yəni fotoşəkillər və sair sənədlər əlavə edilməmiş, həmçinin onun əməlində inzibati xətanın olub-olmaması barədə araşdırma aparılmamışdır. Bu hallar isə o nəticəyə gəlməyə əsas verir ki, X1 şəhadətnaməsi olmadan həmin müəsissədə özəl tibbi praktik fəaliyyətlə məşğul olması tam sübuta yetirilməmişdir. Ona görə də Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmamışdır. Güründüyü kimi protokol tərtib etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən X1 şəhadətnaməsi olmadan həmin müəsissədə qanunsuz olaraq özəl tibbi praktik fəaliyyətlə məşğul olmasını təsdiq edən heç bir əlavə sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs MMC-nin əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar barəsində protokol tərtib edilmiş hüquqi şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə AR İXM-in yuxarıda qeyd edilən maddəsinin dispozisiyasışərtinə uyğun olaraq hesab edir ki, Məhəmmədoğlu MMC-nin əməlində istinad edilən inzibati xəta tərkibinin yaranmasını şərtləndirən zəruri əlamət, hüquqi şəxsin rəhbəri tərəfindən sertifikasiya şəhadətnaməsi olmadan X4 praktik tibb fəliyyətinə buraxılmasıdır. Buraxılma dedikdə, ilk növbədə Şəxs MMC ilə X12 arasında bağlanmış əmək müqaviləsi və yaxud onun real fəaliyyətini əks etdirən fotoşəkillər və digər səndələr (şahid ifadələri, reklam elanları və sair) nəzərdə tutulur. Şəxsin hər hansı bir səbəbdən, başqa bir işlə bağlı tibbi müəsissədə olması, lakin heç bir praktiki tibbi fəliyyətlə məşğul olmaması, onun praktik tibb fəliyyətə buraxılması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ilk növbədə sertifikasiyadan keçməyən şəxs hüquqi və yaxud vəzifəli şəxs tərəfindən rəsmi qaydada praktik tibbi fəliyyətə buraxılmalı və ya real fəaliyyət göstərməlidir. Ona görə də sertifikasiya şəhadətnaməsi olmayan şəxsin mülki hüquqi münasibətlərə görə tibb müəsissəsində olmasını, formal mülahizələrə və yaxud ehtimallara istinad etməklə tibb fəaliyyətinə buraxılma kimi qiymətləndirib hüquqi şəxsi inzibati xəta törətməkdə təqsirli hesab etmək olmaz. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İXM-in 215.4-cü maddəsi ilə inzibati məsuliyyət, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı halda yaranır. Hazırkı vəziyyətdə isə AR İXM-in 215.4-cü maddəsinin tərkib əlamətləri ilə Məhəmmədoğlu MMC-nin törətdiyi ehtimal edilən inzibati xətanın cəhətləri arasında uyğunluq müəyyən edilmədiyindən, əmələ düzgün hüquqi qiymət verilməmişdir. Belə olan halda Məhəmmədoğlu MMC-nin əməlində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni, əsaslı və işin həqiqi hallarına uyğun hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Məhəmmədoğlu MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Məhəmmədoğlu MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-205/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-205/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver