Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-206/2021 02.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi-inspektor X1 iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nə məlumat verilmiş, lakin Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi-inspektor X2 izahatında bildirdi ki, xx.xx.2020ci il tarixli **********3314 saylı gömrük bəyannaməsi ilə DAF markalı 99CG383/12ZA054 nömrə nişanlı nəqliyyat vasitəsində olan Şəxs MMC şirkətinə aid yüklər Qərb Ərazi Baş Gömrük İdarəsinin Yevlax gömrük idarəsinin Yevlax gömrük postunda rəsmiləşdirildikdən sonra xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərində Şəxs MMC şirkətinin inzibati ərazisində yüklərlə baxış keçirilmişdir. Baxış zamanı Şəxs MMC şirkətinə aid yükün içərisindən yük müşayiət sənədlərində və yük gömrük bəyannaməsində qeyd olunmayan 38 bağlama, hər bağlamanın içərisində 3 ədəd hər biri 80x80 ölçüdə olmaqla, cəmi 72.96 kv/m İran istehsalı olan döşəmə üçün keramikadan metlax aşkar olundu. Ona görə dəŞəxs MMC-nin barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Protokola əlavə olunmuş ŞəxsMMC-nin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinin yoxlanılması və yükə baxış keçirilməsi haqqında” protokolda göstərilir ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixli **********3314 saylı kömrük bəyannaməsində adları qeyd olunan yüklərlərdən əlavə yük müşayiət sənədlərində qeyd olunmayan və MMC tərəfindən bəyan olunmayan 28 bağlama (hər bağlamanın içərisində 3 ədəd hər biri 80x80 ölçüdə almaq şərti ilə, cəmi72.96 kvm döşəmə üçün keramikadan məmulatlar (metlax) ) aşkar edildi. İşdə olan Azərbaycan Respublikası Sənaya və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin xx.xx.2020-ci il tarixli 15-Ş saylı ekspertiza aktına əsasən təqdim olunan 72.96 kv/m İran istehsalı olan döşəmə üçün keramikədən məmulatların (metlax) ümumi dəyəri 802.56 manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edirəm ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən inzibati xətanın obyekti olmuş malların dəyəri olan 802.56 (səkkiz yüz iki manat əlli altı qəpik) manatın 50 (əlli) faizi məbləğdə, yəni 401.28 (dörd yüz bir manat iyirmi səkkiz qəpik) manat cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-206/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-206/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver