Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-206/2023 12.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs : “X20” MMCnin qanuni nümayəndəsi X15 “X20” MMC-nin mühasibi X11 iştirakı ilə Mingəçevir şəhəri, H.Əliyev pr. 21/28 ünvanında qeydiyyatda olan və ünvan 2tərən (VÖEN **********)hüquqi şəxs “X20” MMC-nin Azərbaycan Respublikası İXM–in 215.1-ci və 215.4-cü maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik X21 Nəzarət Şöbəsinin vəzifəli şəxsi tərəfindən “X20” MMC barəsində Azərbaycan Respublikası İXM–in 215.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində “X20” MMC-də keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktik fəaliyyətlə məşğul olma və lisenziyadan kənar cərrahi ginekoloji və cərrahi otorinolarinqoloji iş və fəaliyyətlə məşğul olma aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X20” MMC direktoru X27 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “X20” MMC-yə rəhbərlik edir. Rəhbərlik etdiyi müəsissədə Səhiyyə Nazirliyinin Analitik X21 Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş planlı yoxlama zamanı həkim-uroloq-androloq kimi fəaliyyət göstərən X16, həkimginekoloq kimi fəaliyyət göstərən X18, həkim-kardioloq kimi fəaliyyət göstərən X5, həkim-pediatr kimi fəaliyyət göstərən X12, həkim-pediatr kimi fəaliyyət göstərən X13, həkim-ginekoloq kimi fəaliyyət göstərən X7, həkim-cərrah kimi fəaliyyət göstərən X30, həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərən X2 şəhadətnaməsinin yoxlamaya təqdim edilmədiyi, lisenziya şərtlərinə əməl olunmadığı və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyət həyata keçirildiyi bildirilsə də, müəssisədə təqaüd yaşına çatmış həkimlər işləyir və Səhiyyə Nazirliyindən əldə olunan məlumata əsasən təqaüd yaşına çatmış şəxslər sertifikasiyadan azad olunur. Sertifikasiya hər beş ildən bir keçildiyindən digər həkimlər sertifikasiya müddətini gözləyirlər. Lisenziyada göstərilən fəaliyyət növlərindən kənara çıxmamışlar. Müəssisədə gətirdikləri yeni aparatları istifadə etmək üçün həmin sahə üzrə göz həkimi yəni oftolmoloq lazımdır. Hazırda isə bu sahədə çalışan həkimləri olmadığından iş elanı vermişlər. Hesab edir ki, protokolda göstərilən hallar əsaslı deyildir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Yoxlama zamanı aşkar edilmiş digər mexaniki nöqsanlar da həmin vaxt aradan qaldırılmışdır. Odur ki, rəhbərlik etdiyi müəsissə barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı “X20” MMC-nin mühasibi X24 “X20” MMC-nin qanuni nümayəndəsi X27 ilə eyni məzmunlu ifadə verdi və əlavə olaraq göstərdi ki, əvvəlki qanunla ali dərəcəli həkimlərin sertifikasiyası tələb olunmurdu və X31 ali dərəcəli həkimdir. Həkimlərə nəzarəti özləri edirlər və sertifikasiya imtahanına 3-4 ay qalmış kursa göndərirlər. Məhkəmə iclasının yeri və zamanı barədə məlumatlandırılmasına baxmayaraq AR Səhiyyə Nazirliyinin Analitik X21 Nəzarət Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X20” MMC-nin barəsində AR İXM-in 215.1-ci və 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 80 saylı planlı yoxlama aktından görünür ki, “X20” MMC-də həkim-uroloq-androloq kimi fəaliyyət göstərən X16, həkim-ginekoloq kimi fəaliyyət göstərən X18, həkim-kardioloq kimi fəaliyyət göstərən X5, həkim-pediatr kimi fəaliyyət göstərən X12, həkim-pediatr kimi fəaliyyət göstərən X13, həkim-ginekoloq kimi fəaliyyət göstərən X7, həkim-cərrah kimi fəaliyyət göstərən X30, həkim-anestezioloqreanimatoloq kimi fəaliyyət göstərən X1 şəhadətnaməsinin yoxlamaya təqdim edilmədiyi, lisenziya şərtlərinə əməl olunmadığı və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyət həyata keçirildiyi göstərilmişdir. İşdə olan 06 iyun 2016-cı il tarixli, 089802 saylı lisenziyadan görünür ki, “X20” MMC-yə özəl tibb fəaliyyəti üçün müddətsiz lisenziya hüququ verilmişdir. İşdə olan 06 iyun 2016-cı il tarixli lisenziya əlavəsindən görünür ki, “X20” MMC-yə özəl tibbi fəaliyyətinin ambulator tibbi xidməti üzrə terapiya, kardiologiya, nevropatologiya, dermatologiya, mama-ginekologiya, pediatriya, şua diaqnostikası, laboratoriya və klinik- biokimyəvi işlərin görülməsinə icazə verilmişdir. İşdə olan 04 mart 2019-cu il tarixli lisenziya əlavəsindən görünür ki, “X20” MMC-yə özəl tibbi fəaliyyətinin ambulator tibbi xidməti üzrə ümumi cərrahiyyə, stasionar tibbi xidməti üzrə ümumi cərrahiyyə, urologiya, anesteziologiya-reanimatologiya işlərinin görülməsinə icazə verilmişdir. İşdə olan 11 saylı ərazi vergilər baş idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, “X20” MMC ********** dövlət qeydiyyat nişanı ilə qeydiyyata alınmışdır və qanuni təmsilçisi X19r. İşdə olan 11 saylı ərazi vergilər baş idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, “X20” MMC xx.xx.2015-ci il tarixdə ********** dövlət qeydiyyat nişanı ilə qeydiyyata alınmışdır . İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X27 xx.xx.2022-ci il tarixdə “X20” MMC-də icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X28 xx.xx.2021-ci il tarixdə “X20” MMC-də uroloq-cərrah vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X32 xx.xx.2012-cı il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində urologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş AZE 02003714 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 xx.xx.1952-ci il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X31 xx.xx.2022-ci il tarixdə “X20” MMC-də ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş AZE 14400437 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X31 xx.xx.1945-ci il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə “X20” MMC-də kardioloq vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində müalicə işi ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X25 xx.xx.2019-cu il tarixdə “X20” MMC-də uşaq həkimi vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X25 xx.xx.2022-ci il tarixdə “X20” MMC-də pediatr vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş AZE 09276123 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.1953-cü il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə “X20” MMC-də ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X14 xx.xx.2016-cı il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X37 xx.xx.2020-ci il tarixdə “X20” MMC-də ümumi cərrah vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X37 xx.xx.2016-cı il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində ümumi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş AZE 17003913 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X37 xx.xx.1959-cu il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə “X20” MMC-də həkim-anestezioloq vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində anesteziologiyareanimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İşə əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişdən görünür ki, X26 xx.xx.2022-ci il tarixdə “X20” MMC-də uşaq həkimi vəzifəsinə işə qəbul edilmişdir. İşə əlavə edilmiş AZE 02000645 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 xx.xx.1953-cü il tarixdə doğulmuşdur. İşə əlavə edilmiş oftalmoloji işə aid otaq və cihazlara dair fotoşəkildən görünür ki, otaqda oftalmoloji cihazlar yerləşdirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə və öz daxili inamı ilə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X20 MMC-nin barəsində AR İXM-nin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, “X20” MMC-də lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətin həyata keçirilməsinə və lisenziya şərtlərinə riayət olunmaması işdə olan səndlərlə sübut olunmur. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X27 inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxsin istinad etdiyi dəlilləri təkzib etmişlər. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdən, lisenziyadan kənar avadanlıqların istifadə olunmasını, yəni xəstə qəlubu və ya müayinəsini əks etdirən fotoşəkillərin iş materiallarına əlavə olunmamasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs iş üzrə əhəmiyyəti olan hallara dair həmin sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, inzibati xəta haqqında protokola həmin müəsissədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar özəl tibbi praktik fəaliyyətlə məşğul olunmasına dair heç bir mötəbər sübut, yəni fotoşəkillər və sair sənədlər əlavə edilməmiş, həmçinin onun əməlində inzibati xətanın olub-olmaması barədə araşdırma aparılmamışdır. Bu hallar isə o nəticəyə gəlməyə əsas verir ki, həmin müəsissədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar özəl tibbi praktik fəaliyyətlə məşğul olunması tam sübuta yetirilməmişdir. Ona görə də “X20” MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, “X20” MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə maddəsinə əsasən tibbi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə AR İXM-in yuxarıda qeyd edilən maddəsinin dispozisiyası şərtinə uyğun olaraq hesab edir ki, “X20” MMC-nin əməlində istinad edilən inzibati xəta tərkibinin yaranmasını şərtləndirən zəruri əlamət, tibbi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsidir. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi dedikdə, ilk növbədə “X20” MMC-də lisenziyadan kənar real fəaliyyətini əks etdirən fotoşəkillər və digər sənədlər (xəstə qəbulu və müayinəsi və sair) nəzərdə tutulur. Göründüyü kimi İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün lisenziyadan kənar real tibbi fəaliyyət göstərməlidir və buna dair real sübutlar olmalıdır. Ona görə də “X20” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsi yoxdur və onu bu əməli törətməkdə təqsirli hesab etmək olmaz. Azərbaycan Respublikası İXM-in 53.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığından “X20” MMC barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin həmin hissədə icraatına xitam verilməsini qanuni, əsaslı və işin həqiqi hallarına uyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə AR İXM-in yuxarıda qeyd edilən maddəsinin dispozisiyası şərtinə uyğun olaraq hesab edir ki, X20” MMC-nin əməlində istinad edilən inzibati xəta tərkibinin yaranmasını şərtləndirən zəruri əlamət, hüquqi şəxsin rəhbəri tərəfindən sertifikasiya şəhadətnaməsi olmadan həkim-uroloq-androloq kimi fəaliyyət göstərən X16, həkimginekoloq kimi fəaliyyət göstərən X18, həkim-kardioloq kimi fəaliyyət göstərən X5, həkim-pediatr kimi fəaliyyət göstərən X12, həkim-pediatr kimi fəaliyyət göstərən X13, həkim-ginekoloq kimi fəaliyyət göstərən X7, həkim-cərrah kimi fəaliyyət göstərən X30, həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərən X2 şəhadətnamələri olmadan tibb fəliyyətinə buraxılmasıdır. “X20” MMC-nin qanuni nümayəndəsi bunu təqaüd yaşının keçməsi ilə əlaqədar həkimlərin sertifikasiya imtahanında iştirakına icazə olmaması və bəzi həkimlərin sertifikasiya imtahan vaxtlarının çatmaması ilə əlaqələndirsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 saylı qərarının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətlərinədən görünür ki, X28, X31, X25 və X26, X42 təqaüd yaşlarındadır, ancaq bu onların sertifikasiya şəhaədtnaməsi olmadan fəaliyyət göstərməsinə səbəb ola bilməz. X14 xx.xx.2016-cı il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona AR ərazisində mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilsə də, onun sertifikasiyasının etibarlılığı xx.xx.2021-ci il tarixə qədərdir. Lakin həmin tarixdən sonra X3 keçməmişdir. X9 xx.xx.2018-ci il tarixdə və X8 xx.xx.2019-cu il tarixdə həkimlərin sertifikasiyasından keçmişlər və sertifikasiyanın etibarlılığı 5 il müddətinə olduğundan, onların fəaliyyəti qanunauyğundur. Məhkəmə yuxarıda göstərilənlərə uyğun olaraq qeyd edir ki, “X20” MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bütün əlamətləri mövcud olduğundan həmin əməli törətməkdə təqsirli bilinməlidir. Belə ki, məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İXM-in 215.4-cü maddəsi ilə inzibati məsuliyyət, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxıldığı halda yaranır. Belə olan halda “X20” MMC İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq “X20” MMC Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48- 51, 114, 128-130-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: “X20”MMC Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-206/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-206/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver