Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-207/2023 17.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərarından şikayətə baxaraq Müəyyən etdim: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərarından şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Bakı – Şamaxı - Yevlax yolu 269-cu km-də idarə etdiyi “VAZ-21099” markalı ** BJ *** qeydiyyat nişanlı avtomaşınla Xaldan qəsəbəsi istiqamətindən Mingəçevir şəhəri istiqamətində hərəkət etdiyi vaxt sürət həddini aşmağı əsası ilə barəsində EQ11847982 saylı xx.xx.2022-ci il tarixli elektron qərar sistemə daxil olmuşdur. Həmin qərara görə İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin qərardan narazı olduğuna görə Azərbaycan Respublikası DİN-nin Baş X7 İdarəsinə şikayət edərək qeyd edilən inzibati xətanı törətmədiyini, sürət həddini aşmadığını bildirərək inzibati xətanın aşkarlanmasında istifadə edilmiş cihazın sazlığını, müvafiq sertifikasiyadan keçib-keçməməsinin yoxlanılmasını tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Sonra Baş X7 İdarəsinin EQ 11847982 №-li xx.xx.2022-ci il tarixli qərarından məhkəməyə şikayət etmiş, Mingəçevir şəhər məhkəməsinin 3(051)-798/2022 №-li xx.xx.2022-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilmiş, EQ 11847982 №-li xx.xx.2022ci il tarixli qərar ləğv edilmiş, material yenidən baxılması üçün Baş X7 İdarəsinə göndərilmişdir. Lakin yenə araşdırılmadan təkrar olaraq barəsində İXM-nin 328.3-cü maddəsi ilə EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Bildirir ki, həm xx.xx.2022 tarixli, həm də xx.xx.2023-cü il tarixli EQ 11847982 №-li inzibati tənbeh vermə haqqında elektron qərarlarda inzibati xətanın aşkarlanmasında istifadə edilmiş texniki vasitənin tipi və modeli VCC-MC800P göstərilmişdir. Qərara əlavə edilmiş fotoşəkillərdə isə avadanlıq Ekin Patrol göstərilmişdir. Bunlar tam fərqli cihazlardır. Belə ki, VCC-MC800P cihazı Yaponiyada SANYO Electric Co., Ltd. tərəfindən istehsal edilən, motorla təchiz edilmiş, stasionar quraşdırılan videokameradır və ümumiyyətlə sürət ölçmə funksiyasına malik deyildir. Ekin Patrol qurğusu isə X3 Solutions şirkəti tərəfindən istehsal edilir, nömrə nişanının tanınması, üz tanınması, sürətin aşkarlanmasını həyata keçirən təhlükəsizlik kompleksidir. İnzibati xətanın aşkarlanmasında hansı texniki vasitədən istifadə edilməsi müəyyən edilmir. Əgər fotoşəkillərdə göründüyü kimi, həqiqətən də, inzibati xətanın aşkarlanmasında Ekin Patrol G2 texniki vasitədən istifadə edilmişdirsə, həmin texniki vasitənin düzgün işləməsi həqiqətə uyğun deyil və dəfələrlə tələb etməsinə baxmayaraq həmin cihazın düzgün işləməsini, sertifikasiyadan keçməsini təsdiq edən sənədi ona verməmişlər. Hesab edir ki, barəsində tərtib edilmiş Baş X7 İdarəsinin EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərarı qanunsuzdur, ona görə də həmin qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Baş X7 İdarəsinə məlumat verilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamış, inzibati material məhkəməyə təqdim edilməmiş və ya göndərilməmişdir. Şikayətə əlavə edilmiş DİN Baş X7 İdarəsinin polis serjantı X1 “İnzibati tənbeh vermə haqqında” EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, VCC-MC800P, E- Patrol texniki vasitənin məlumatına əsasən müəyyən edilmişdir ki, “VAZ-21099” markalı ** BJ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 xx.xx.2022-ci il tarixdə, saat 16:35-də M-4 Bakı – Şamaxı - Yevlax yolu 269-cu km-də hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 42km/saat həddində aşmış, nəticədə İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Rəşid Orucov şikayətində avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını, müəyyən edilmiş sürət həddini aşmadığını bildirmiş, şikayətini inzibati xətanın aşkarlanmasında texniki vasitə kimi VCC- MC800P-dən istifadə edildiyini, lakin VCC-MC800P texniki vasitənin sürət ölçmə funksiyasına malik olmaması, qərara əlavə edilmiş fotoşəkildə isə sürəti aşkar edən texniki vasitə kimi Ekin Patrol göstərilsə də, həmin texniki vasitənin düzgün işləməsinə şübhəsi olduğuna görə həmin texniki vasitənin sertifikatlaşdırılmasına dair müvafiq sənədin təqdim edilməsi barədə dəfələrlə vəsatət verməsinə baxmayaraq vəsatətinin təmin olunmaması ilə əsaslandırmışdır. “İnzibati tənbeh vermə haqqında” EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto, video materiallar əlavə olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə məhkəmə tərəfindən məktub göndərilərək inzibati materialların məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin inzibati material, sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə tərəfindən dəfələrlə məktub göndərilməsinə baxmayaraq X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması ilə bağlı toplanmış inzibati material, mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsini təsdiq edən sübutlar olmadığına görə şikayət təmin olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.3 və 135.1.6-cı maddələrində göstərilir ki, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyinin BDYPİ-nin polis serjantı X1 “İnzibati tənbeh vermə haqqında” EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, X4 barəsində İXM-nin 328.3-cü maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutub, Qəraraaldım: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin polis serjantı Qurban Baxşıyevin “İnzibati tənbeh vermə haqqında” EQ 11847982 №-li xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-207/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-207/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver