Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-208/2023 26.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X7 X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki o, fərdi yaşayış evi tikməsinə görə Polis Sahə müvəkkili gəlib protokol tərtib etmişlər. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X8 məhkəmə iclası zamanı protokolun dəlillərini müdafiə etdi və şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində qərar çıxarılmış X3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin əvvəlki məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X5 əsassız yerə cərimə olunduğunu və qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində X3 məxsus Mingəçevir şəhəri, Naxçıvan döngəsi 3-də qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanmış və barəsində İXM-inin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 41K-da yerləşən 0.04 ha torpaq sahəsinə tam mülkiyyəti hüququ X3 məxsusdur. İşdə olan fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildə tikinti işləri aparılmışdır. Belə ki, işdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, X1 Şəhər İcra Hakimiyyətinin inzibati xətalar Məcəlləsinin 395.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan hüquq şöbəsinin müdirinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinin tələblərinə riayət olunmamaış, belə ki, protokolda X2 vətəndaşlığı və doğulduğu tarix protokola əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində qeyd İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-in 100.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın vətəndaşlığı və doğulduğu tarix göstərilməlidir. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-nin 106.0.3-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi müəyyənləşdirir. Buna baxmayaraq, hazırki xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda inzibati xəta haqqında protokolda yuxarıda qeyd olunan məlumatlar, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın vətəndaşlığı və doğulduğu tarix qeyd olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, bu halların protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. Ona görə də görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinin tələblərinə riayət olunmamaış, belə ki, protokolda X2 vətəndaşlığı və doğulduğu tarix protokola əlavə edilməmişdir. Bununla da, inzibati xəta haqqında protokol İXM-in 100.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, bu halların protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə X2 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarla inzibati cərimə tətbiq edilməsinə əsas olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol natamam olduğundan xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-208/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-208/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver