Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-209/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində qərar qəbul edilmiş X3 iştirakı ilə X3 Bakı şəhəri DYPİ-nin TP ******* №li 21.02.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə baxaraq Müəyyən etdim: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunması haqqında Bakı şəhəri DYPİ-nin TP ******* №li 21.02.2022-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş X6 şikayəti əsaslı hesab edərək izahatında bildirdi ki, 10.10.2021-ci il tarixdə Bakı şəhəri Z.Bünyadov prospekti 9 ünvanında guya yol hərəkətində üstünlüyə malik sürücüyə yol veməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Daha sonra yol polis əməkdaşı AR İXM-nin 327.2-ci maddəsini əsas götürərək protokol tərtib edib, inzibati tənbeh edilməyinə dair mübahisə etdiyi qərar çıxarılıb. Bundan sonra tərtib edilmiş protokolla razı olmadığını bildirərək bu barədə sübutlar təqdim edilməsini xahiş edib. Lakin polis əməkdaşı heç bir əsas olmadan sübutları, yəni pozuntu törətməsinə dair video görüntünü təqdim etməkdən imtina edib. Beləliklə, barəsində olan protokolu ləğv etməyərək müvafiq qərar qəbul edilib. 13.12.2021-ci il tarixli 3(051)-900/2021 nömrəli iş üzrə Mingəçevir məhkəməsinin qərarı ilə inzibati tənbeh vermə haqqında TP ******* №li 20.12.2021-ci il tarixli qərardan şikayətin təmin olunması, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri DYPİ-ə göndərilmişdir. Tərtib olunmuş protokol üzrə işə yenidən, iştirakı olmadan baxılmış və 21.02.2022-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qərar qəbul etmiş səlahiyyətli dövlət orqanı onun inzibati xətanı törətməkdə təqsiri olmasını sübut etməmişdir. 29.03.2022-ci il tarixdə Bakı şəhəri DYPİ-nə yaxınlaşıb məktubu və qərarın surətini oradan götürüb. O, hesab edir ki, barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilməsi qanunsuzdur. Şikayətin təmin olunmasını, Bakı şəhər DYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə TP ******* № li 20.10.2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İşdə olan Bakı şəhəri DYPİ Polis X2 “İnzibati tənbeh vermə haqqında” TP ******* №li 21.02.2022-ci il tarixli qərarından görünür ki, X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaranır. Lakin iş materialları ilə barəsində qərar çıxarılmış Zaur Xəlilovun 10.10.2021-ci il tarixində, saat 16:35-də Bakı, Z.Bünyadov prospekti 9 ünvanında VAZ 21723 minik markalı, 09BK821 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasını müəyyən etmək mümkün deyil. Bakı şəhər DYPİ-nə məktub göndərilməsinə baxmayaraq inzibati material məhkəməyə göndərilmədiyinə görə həqiqətən də, Zaur Xəlilovun 10.10.2021-ci il tarixində, saat 16:35də Bakı, Z.Bünyadov prospekti 9 ünvanında “VAZ 21723” minik markalı, 09BK821 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasını müəyyən etmək mümkün deyil. Barəsində qərar çıxarılmış şəxs isə şikayətində onun barəsində tərtib edilmiş protokolla razı olmadığını göstərmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4-cü maddələrində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1, 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadığına görə Bakı şəhəri DYPİ Polis X2 “İnzibati tənbeh vermə haqqında” TP ******* №li 21.02.2022-ci il tarixli qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması səlahiyyətli orqana göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-135-ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət qismən təmin edilsin. X3 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 60 manat cərimə olunması barədə Bakı şəhəri DYPİ Polis X2 “İnzibati tənbeh vermə haqqında” TP ******* №li 21.02.2022-ci il tarixli qərarı ləğv olunsun və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-209/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-209/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver