Məhkəmə qərarları › İş №3(051)-209/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-209/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-209/2025 02.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Barəsində qərar çıxarılmış X4, Mingəçevir şəhəri YNH inspektoru, polis kapitanı X5 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 24 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir şəhər YNH-nin inspektorunun xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X6 inzibati tənbeh vermə haqqında 24 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixdə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə istinadən İXP ******* saylı protokol və onun əsasında xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin protokola və qərara əsasən, Mingəçevir şəhəri X10 inspektoru tərəfindən guya onun yolayrıcını keçmə qaydalarını pozması barədə əsası göstərilərək barəsində qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, o xx.xx.2025-ci il tarixdə şəxsi avtomobili ilə Mingəçevir şəhərindəki İsmət Qayıbov küçəsindən Samux küçəsi istiqamətində hərəkətdə olarkən eyni əhəmiyyətli yolayrıcında ona nisbətən sol tərəfdən sağ tərəfə, yəni Dilarə Əliyeva küçəsindən Səməd Vurğun küçəsi istiqamətinə gedən nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə X10 baş vermişdir. Hadisədən sonra qanunvericiliyin tələblərinə riayət etdikdən sonra, qarşı tərəflə danışmış və qanunvericiliyin tələblərini ona izah etmişdir. O ona bildirdi ki, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməsinin olduğunu bilir, lakin fikirli olduğunu vurğulayaraq ondan üzr istədi. O hadisə barədə polis orqanına məlumat verdi. Mingəçevir şəhəri YNH inspektoru hadisə yerinə gəldi. O əvvəlcə qarşı tərəfə irad tutaraq eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol vermədiyinə görə digər sürücü barəsində protokol tərtib edəcəyini bildirdi. Bundan sonra digər sürücü etiraz etməyə başladı, polis kapitanı onlardan nəqliyyat vasitəsini idarə etməyə dair sənədləri istədikdə məlum oldu ki, digər sürücünün heç öz nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini təsdiq edən etibarnaməsi yoxdur. Bu barədə etibarnamə və ya digər sənəd təqdim edə bilmədi. Daha sonra polis əməkdaşları onlardan tələb etdi ki, hər ikisi gedib gəldiyi yolun başlanğıc tərəfindən hər hansısa yol nişanının olub-olmaması barədə məlumat əldə etsinlər. O öz sürdüyü yol tərəfdən nişanlara baxıb qayıtdıqda görmüş ki, digər sürücü polis əməkdaşının yanındadır. Polis əməkdaşı ilə digər sürücü onun onların yanında olmadığı zamanda nə danışmışdılar, onu dəqiq deyə bilmir, amma nəticə belə oldu ki, o onlara yaxınlaşanda polis əməkdaşı ona bildirdi ki, “günah ondadır. Onun barəsində protokol tərtib edir, gedib cəriməni ödəyər”. O etiraz etdikdə dedi ki, o ondan yaxşı biləcək bu yolları? Burada Azərbaycan SSRİ-nin dövründə (yəqin ki 1991-ci ilə qədər olan zamanı nəzərdə tuturdu) üstünlük nişanları quraşdırılmışdı, nə olsun ki, indi bu yol ayrıcında hər hansı nişan yoxdur, o zamandan bütün Mingəçevir sakinləri bilirlər ki, bu yolayrıcında sağdan yox, məhz soldan yaxınlaşan nəqliyyat vasitəsinə yol vermək lazımdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, hadisə zamanı hər ikisi narkoloji dispanserə aparıldılar. Həmin vaxt o təklikdə sərxoşluğun yoxlanılması üçün otağa daxil olsa da, digər sürücü polis əməkdaşı ilə birlikdə test vermək üçün həkim otağına daxil oldular, o onların nə üçün birlikdə otağa girdiklərini soruşduqda polis əməkdaşı onun suallarına cavab vermədən qapını onun üzünə bağladı Daha sonra isə bildiyi qədərilə digər sürücününün nəqliyyat vasitəsi duracaq meydançasına aparılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o hər hansı bir qanuni tələbləri pozmamışdır. Yolda hərəkətdə olarkən, hər zaman qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmişdir. O çox zəhmətkeş, insanlara, təhsilə, əməyə, habelə başda Azərbaycanın böyük sərkərdəsi, İlham və inam yeri olan İlham Əliyev olmaqla bütün böyüklərə hörmətlə, ləyaqətlə yanaşan biridir. O sadə bir Azərbaycan vətəndaşı kimi öz məsuliyyətini dərk edir və avtomobil aldığı ilk günlərdən yol hərəkəti qaydaları ilə əlaqədar qəbul edilmiş bütün qayda və qanunlara ciddi riayət edir. Özünü və yaxınlarını hər gün yollarda baş verən ağır qəzalardan qorumağa çalışır. Elə buna görə də, aylarla oxuyaraq imtahanlara gedərək sürücülük vəsiqəsini öz savadıyla əldə etmişdir. O qanunları yaxşı bildiyindən, polis əməkdaşı tərəfindən barəsində əsassız protokol tərtib edilmiş, etiraz etməsinə baxmayaraq, onun haqlı etirazlarına heç bir məhəl qoyulmamışdır. Nəticədə onun hüquqlarını, eyni zamanda inzibati qanunvericiliyin və yol hərəkəti haqqında qanunvericiliyin norma və prinsiplərini kobud şəkildə pozan qərar qəbul edilmişdir. Ona görə də məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X6 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi və əsasən şikayət ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Qərarı qəbul etmiş Mingəçevir şəhəri YNH inspektoru, polis kapitanı X9 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, sözügedən X10 24 fevral 2025-ci il tarixdə baş vermişdir. Bu hadisədə təqsirkar X6 idi. Çünki o yolayrıcını keçmə qaydasını pozaraq X10nə səbəb olmuşdur. Belə ki, həmin vaxt X6 avtomobili idarə etdiyi yol 2-ci dərəcəli digər sürücünün idarə etdiyi yol isə baş yol olmuşdur. Düzdür, X4 getdiyi yolda bu barədə nişan olmamışdır. Lakin o, Yol hərəkəti qanununun 77-ci maddəsinə əsasən bunu bilməli idi. Bunu bilməməsi onun təqsirindən azad etmir. Məhkəmə, 24 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan 24 fevral 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 24 fevral 2025-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ön tərəfindən zədə almışdır. İşdə olan CD-Diskdəki görünütülərdən görünür ki, X10nin baş verdiyi yolda yolun dərəcəsinin müəyyən edilməsinə dair yol nişanı görünmür. Bu səbəbdən də şikayətçi həmin yolların eyni əhəmiyyətli yollar olduğunu iddia edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Yol hərəkəti qanununun 77-ci maddəsinə əsasən İ. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. İİ. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. İİİ. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. İV. Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. V. Əgər sürücü yolun örtüyünün olub-olmadığını təyin edə bilmirsə (sutkanın qaranlıq vaxtı, palçıq, qar və s. nəticəsində), üstünlük nişanları isə yoxdursa, o, belə hesab etməlidir ki, ikinci dərəcəli yoldadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində, saat 17:45 radələrində Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində Mercedes Benz C180 minik markalı avtomobilin sürücüsü yol ayrıcı keçmə qaydalarını pozması gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X3 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, X6 onun olduğu yolda heç bir nişan olmaması səbəbindən ikinci dərəcəli deyil, digər sürücü ilə eyni dərəcəli yolda olması iddia etmişdir. Lakin Azərbaycan Respublikası Yol hərəkəti qanununun 77-ci maddəsinin məzmunundan da aydın olur ki, X6 hər bir halda bir sürücü kimi qarşıdan gələn avtomobilin baş yoldan gəldiyini özünün getdiyi yolun isə ikinci dərəcəli yol olmasını bilməli idi. X2 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Mingəçevir şəhər YNH-nin inspektoru, polis kapitanı X9 tərəfindən qəbul edilmiş 24 fevral 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərardadı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar