Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-21/2022 28.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Mingəçevir şəhəri, Ələmdar Quliyev adına Peşə Məktəbinin direktoru vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-331/2020 saylı 06.03.2020-ci il tarixli icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq tələbkarı nə əvvəlki, nə də həmin vəzifəyə uyğun başqa vəzifəyə bərpa etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-331/2020 saylı 06.03.2020-ci il tarixli qətnaməsinə Mingəçevir Peşə Məktəbinin direktorunun 165 nömrəli 16.12.2019-cu il tarixli əmri ləğv edilərək Zərərçəkmiş şəxs müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün tələbkara əmək haqqının ödənilməsi qət edilmişdir. Lakin tələbkar nə əvvəlki, nə də həmin vəzifəyə uyğun başqa vəzifəyə bərpa edilməmişdir. Həmçinin tələbkara məcburi iş buraxma müddəti üçün olan əmək haqqı bugünə qədər ödənilməmişdir. Borcluya bir neçə dəfə tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq edilməsinə baxmayaraq, qətnaməni icra etməmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Mingəçevir Peşə Məktəbinin direktorudur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-331/2020 saylı 06.03.2020-ci il tarixli qətnaməsinə əsasən onun 165 nömrəli 16.12.2019-cu il tarixli əmri ləğv edilməsi, Zərərçəkmiş şəxs müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası işinə bərpa etməsi və məcburi iş buraxma müddəti üçün tələbkara əmək haqqının ödənilməsi qət edilmişdir. O, həmin icra sənədini könüllü icra müddəti ərzində icra etmişdir. Belə ki, Mingəçevir Peşə Məktəbinin 12.11.2021-ci il tarixli 75 saylı əmri ilə 16.12.2019-cu il tarixli 165 saylı əmr ləğv edilmiş və 16.12.2019-cu il tarixdən 12.11.2021-ci il tarixədək olan məcburi işburaxma müddətində Zərərçəkmiş şəxs əmək haqqısının ödənilməsi üçün lazımı tədbirlər görülmüşdür. Belə ki, 12.11.2021-ci il tarixli 76 saylı əmrlə tələbkarın məcburi işburaxma müddətinə görə olan 7884.80 manat məbləğində əmək haqqısının ödənilməsi məqsədi ilə onun tərəfindən Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoruna məktub ünvanlanmışdır. O, həmçinin bildirdi ki, 12.11.2021-ci il tarixdə işə bərpa etdiyi tələbkar ilə münasibətləri Əmək Məcəlləsi və aralarında bağlanmış əmək müqaviləsinin şərtləri ilə tənzimlənir. Belə ki, tələbkar vəzifəsinə bərpa edilmiş, lakin ixtisasına uyğun vakant vəzifə olmadığına görə müvafiq prosedur qaydalara riayət edilmişdir. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-331/2020 saylı 06.03.2020-ci il tarixli qətnaməsinə Mingəçevir Peşə Məktəbinin direktorunun 165 nömrəli 16.12.2019-cu il tarixli əmri ləğv edilərək o, müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası işinə bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir. Lakin o, nə əvvəlki, nə də həmin vəzifəyə uyğun başqa vəzifəyə bərpa edilməmişdir. Doğrudur, kağız üzərində onun barəsində əmr verilmiş və o, işinə bərpa olunmuş və 1(bir) aylıq da əmək haqqı almışdır. Ona baxmayaraq, o, hər gün işə getsə də, heç bir əmək funksiyasını icra etmir. Əksinə, ona borclu tərəfindən 19.11.2021-ci il tarixdə işçi sayının azaldılması və ştatların ixtisarı əsası ilə verilmiş müddətdən sonra onunla bağlanmış əmək müqaviləsinə xəbərdarlıq müddətinin sonunda xitam veriləcəyi barədə bildiriş göndərimişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Mingəçevir şəhər məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 3(051)-21/2022 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Daha sonra tələbkar Kərimova X2 şəhər məhkəməsinin 10.01.2022-ci il tarixli 3(051)- 21/2022 saylı qərarından şikayət vermiş və inzibati iş baxılması üçün Şəki Apelyasiya məhkəməsinin cinayət kollegiyasına göndərilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və birinci instansiya məhkəməsinin hakiminin İXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmasını qeyd etmişdir. Belə ki, Şəki Apelyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki,birinci instansiya məhkəməsi qərar qəbul edərkən Şəxs məhkəmə prosesinə qədər Mingəçevir Şəhər Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(051)-331/2020 nömrəli qətnaməsini tam olaraq icra edib-etməməsini ümumiyyətlə araşdırmayaraq həmin qətnamə ilə müəyyən edilmiş və iki hissədən ibarət tələbləri bu günə qədər faktiki olaraq icra etməməsini, icra işi üzrə tələbkar olan Zərərçəkmiş şəxs ilə razılıq əldə etməyə cəhd etməməsini, o cümlədən Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş məcburi iş buraxma müddəti üçün əmək haqqının bu günə qədər ödənilməsinin təmin etməməsini, buna nail olmaq üçün Şəxs vəzifəli şəxs qismində heç bir səy göstərmədən, yalnız Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoruna bir məktub yazmaqla kifayətlənməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Şəxs əməlində inzibati xəta tərkibinin olmamasını qərarında ümumiyyətlə əsaslandırmayaraq həmin nəticəyə iş materiallarında olan hansı xüsusatlar əsasında gəldiyini göstərməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(051)- 331/2020 nömrəli qətnaməsi məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissədə icra edilməmişddir. Bu əsaslara görə Şəki Apelyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 3(107)- 30/2022 saylı qərarına əsasən Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 3(051)-21/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi və tələbkarı dinləyərək, hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Belə ki, məhkəmə Şəxs məhkəmə prosesinə qədər Mingəçevir Şəhər Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(051)-331/2020 nömrəli qətnaməsini tam olaraq icra edibetməməsini araşdırarkən müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(051)-331/2020 nömrəli qətnaməsi ilə Ələmdar Quliyev adına Mingəçevir şəhər peşə məktəbinin direktorunun 16 dekabr 2019-cu il tarixli əmri ləğv edilmi, Kərimova X2 şəhər peşə məktəbinə istehsalat ustası işinə bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün Zərərçəkmiş şəxs əmək haqqı ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönədilmiş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 26 aprel 2020-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə iş üzrə icraata başlanılmışdır. 26 aprel 2020-ci il tarixdə icra məmuru ərəfindən tələbin könüllü icrası barədə Ələmdar Quliyev adına peşə məktəbinin direktoruna bildiriş göndərilmişdir. İş materiallarında olan peşə məktəbinin direktorunun 12 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, peşə məktəbinin 16 dekabr 2019-cu il tarixli 165 saylı əmri ləğv edilmiş, Zərərçəkmiş şəxs 12.11.2021-ci il tarixli 75 saylı əmrlə işə bərpa edilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs işə bərpa edildikdən yeddi gün sonra məcburi iş buraxmaya görə əmək haqqı ödənilmədən ona işcilərin saylarının və ya ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilərək 9 həftədən sonra yəni 21.01.2022-ci il (xəbərdarlıq məktubunda səhvən 21.01.2021-ci il yazılmışdır) tarixdə tutduğu vəzfədən azad olunacağı bildirilmişdir. Məhkəmə İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırarkən həmçinin, barəsində inzibati xəta haqqında prpotokol tərtib edilmiş şəxsi, tələbkarı və icra məmurunu dinləyərkən müəyyyən etdi ki, İlyasov X4 Şəhər Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(051)-331/2020 nömrəli qətnaməsini tam icra etməmişdir. Belə ki, müəyyən olundu ki, icra məmuru tərəfindən ona 26 aprel 2020-ci il tarixdə edilən xəbərdarlıqlara baxmayaraq qətnaməni dərhal deyil yeddi ay keçdikdən sonra icra etmiş, tələbkar X3 əvəllər tutduğu vəzifəyə formal olaraq təyin etmiş, bu barədə onun razılğı alınmamış, həmçinin, ona dərs saatları ayrılmamış, formal olaraq əmək haqqı almışdır. İşə bərpa olunduğundan yeddi gün sonra ona işcilərin saylarının və ya ştatların ixtisar edilməsi barədə xəbərdarlıq edilərək 9 həftədən sonra yəni 21.01.2022-ci il tarixdə tutduğu vəzfədən azad olunacağı bildirilmiş və Zərərçəkmiş şəxs xəbərdarlıq müddəti bitdikdən sonra həmin tarixdə işdən azad edilmişdir. Məhkəmə iclasında həmin faktlar araşdırarkən Şəxs bildirmişdir ki, həmin işə eyni zamanda daha təcrübəli əməkdaş təyin etmiş, işcilərin saylarının və ya ştatların ixtisar edilməsi ilə əlaqdar X6 yenidən işdən azad edilmişdir. İşcilərin saylarının və ya ştatların ixtisar edilməsi ilə əlaqdar məhz niyə Zərərçəkmiş şəxs işdən azad edilməsi məsələsinə dair Şəxs bildirmişdir ki, həmin vəzifəyə təyin olunmuş işçi daha təcrübəli olduğu üçün Zərərçəkmiş şəxs işdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən X3 qətnamə əsasında işə bərpa edərkən əmək qanunvericiliyinin 74-cü maddəsinin 2-ci hissəsinin tələbi pozulmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi dərhal icra edilərəkən iş gpötürən tərəfindən Zərərçəkmiş şəxs yerinə götürülmüş işçi ilə əmək müqaviləsinə xitam verilməli və Zərərçəkmiş şəxs əvvəlki vəzifəsinə işə bərpa edilməli idi. Zərərçəkmiş şəxs ancaq özünün razılığı ilə başqa işə bərpa oluna bilərdi. Bütün bunlar ona əsas verir ki, barəsində inzibati protokol tərtib edilmiş, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ona edilən xəbərdarlığa baxmayaraq tam icra etməyərək, formal olaraq icra edərək icra məmurunun qanuni tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Bundan başqa Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş məcburi iş buraxma müddəti üçün əmək haqqı dərhal və yaxudda protokol tərtib edilənədək deyil, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarı Şəki Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilərək yenidən araşdırılmasıüçün Mingəçevir şəhər məhkəməsinə göndərildikdən sonra yəni, 06 mart 2022-ci il tarixdə ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası çərçivəsində onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məsuliyyəti yüngüllüşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində vəzifəli şəxs olması nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-21/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-21/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver