Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-210/2023 16.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Ağdaş rayonu Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərişıq ASC-də sürücü işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-700/2022 №li icra sənədi üzrə əyarı 585, çəkisi 12 qram, qiyməti 750 manat olan nişan üzüyü, əyarı 585, çəkisi 15 qram, qiyməti 1000 manat olan yolka formalı boyunbağı, əyarı 585, çəkisi 10 qram, qiyməti 750 manat olan abadoq sırğa, əyarı 585, çəkisi 3,7 qram, qiyməti 270 manat olan sadə formalı qadın üzüyü, əyarı 585, çəkisi 4 qram, qiyməti 320 manat olan çəhrayı qaşlı üzük və əyarı 585, qiyməti 320 manat olan açıq qəhvəyi üzüyü natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin qızıl zinət əşyalarının dəyərini iddiaçı Zərərçəkmiş şəxs verməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-700/2022 №li icra sənədinə görə Şəxs əyarı 585, çəkisi 12 qram, qiyməti 750 manat olan nişan üzüyü, əyarı 585, çəkisi 15 qram, qiyməti 1000 manat olan yolka formalı boyunbağı, əyarı 585, çəkisi 10 qram, qiyməti 750 manat olan abadoq sırğa, əyarı 585, çəkisi 3,7 qram, qiyməti 270 manat olan sadə formalı qadın üzüyü, əyarı 585, çəkisi 4 qram, qiyməti 320 manat olan çəhrayı qaşlı üzük və əyarı 585, qiyməti 320 manat olan açıq qəhvəyi üzüyün natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin qızıl zinət əşyalarının dəyərinin alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cəfərov X1 şəhər Məhkəməsinin 3(051)-66/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb olunmuş, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati xətanın Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda Şəxs icra sənədində qeyd edilən əşyaların dəyərini ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-700/2022 №li icra sənədinə görə əyarı 585, çəkisi 12 qram, qiyməti 750 manat olan nişan üzüyü, əyarı 585, çəkisi 15 qram, qiyməti 1000 manat olan yolka formalı boyunbağı, əyarı 585, çəkisi 10 qram, qiyməti 750 manat olan abadoq sırğa, əyarı 585, çəkisi 3,7 qram, qiyməti 270 manat olan sadə formalı qadın üzüyü, əyarı 585, çəkisi 4 qram, qiyməti 320 manat olan çəhrayı qaşlı üzük və əyarı 585, qiyməti 320 manat olan açıq qəhvəyi üzüyün natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin qızıl zinət əşyalarının dəyərinin ondan alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Maddi imkanı olmadığına görə o, əvvəl tələb olunan əşyaların dəyərini ödəyə bilməmişdir. Hazırda o, icra sənədində qeyd edilən əşyaların dəyərini ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-700/2022 №li icra sənədinə görə Şəxs əyarı 585, çəkisi 12 qram, qiyməti 750 manat olan nişan üzüyü, əyarı 585, çəkisi 15 qram, qiyməti 1000 manat olan yolka formalı boyunbağı, əyarı 585, çəkisi 10 qram, qiyməti 750 manat olan abadoq sırğa, əyarı 585, çəkisi 3,7 qram, qiyməti 270 manat olan sadə formalı qadın üzüyü, əyarı 585, çəkisi 4 qram, qiyməti 320 manat olan çəhrayı qaşlı üzük və əyarı 585, qiyməti 320 manat olan açıq qəhvəyi üzüyün natura halında, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin qızıl zinət əşyalarının dəyərinin alınıb ona verilməsi qət edilmişdir. Hazırda Şəxs icra sənədində qeyd edilən əşyaların dəyərini ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-210/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-210/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver