Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-210/2025 11.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində qərar çıxarılmış X9 iştirakı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin həmin qərarla razı deyildir. Belə ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərindəki hüquq Daşınmaz Əmlakın Dövlət reyestrində MA № ******* seriya ilə qeydiyyata alınmış, anası X4 adına rəsmiləşdirilmişdir. Bu ticarət təyinatlı xüsusi mülkiyyət atası X7 ilə anası arasında 1/2 hissədə bölünmüşdür. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri X2 isə heç bir araşdırma aparmadan mülkiyətçiyə deyil, barəsində 27 yanvar 2025-ci il tarixli qərəzli qərar qəbul etmişdir. Qərar qəbul olunan vaxt onun iştirakı təmin olunmamışdır. Hesab edir ki, barəsində qəbul edilən qərar tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində konstruksiya üçün icazə nəzərdə tutulmamışdır. Belə olan halda onun əməlində inzibati xətanın tərkibi yoxdur. Buna görə də barəsində tərtib edilmiş 27 yanvar 2025-ci il tarixli qərar ləğv olunmalıdır. İstifadə sahəsi 33 kv.metr, sahə hasarlanıb, sahədə quraşdırma var. Çayxana kimi istifadə edir. Qərar qəbul edilərkən dəvət olunmamışdır. Protokol tərtib olunandan neçə gün sonra qərar verildiyini bilməmişdir. Odur ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Barəsində qərar çıxarılmış şəxs X11 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək, şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin nümayəndəsi X5 iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin sahə rəisi tərəfindən X11 barəsində Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin protokol əsasında Mingəçevir şəhər İcra Hakimiyyətinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs kimi şöbə müdiri tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. R.Əsədov icazə olmadan tikinti inşa etmişdir. R.Əsədov protokolla tanış olmuşdur. Odur ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilməsi haqqında Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən baxılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 şəhəri, A.Şaiq küçəsi 5 saylı binanın arxasında heç bir sənəd olmadan, icazə olmadan tikinti obyekti inşa edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərini pozmuşdur. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Mingəçevir şəhəri, A.Şaiq küçəsi 5 saylı binanın arxasında müvafiq icra hakimiyyəti orqanının icazəsini almadan özbaşına tikinti obyekti inşa etdiyinə görə X11 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.2 kv.metr olan ticarət təyinatlı qeyri-yaşayış sahəsi üzərində X4 payı 1/2 hissə, X3 payı 1/2 hissə müəyyən edilmişdir. X4 1/2 hissədə paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol X9 iştirakı ilə tərtib edilsə də, protokolun surəti ona verilsə də, protokol natamam olmuş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması ona izah olunmamış, müdafiəçidən imtina etməsinin maddi vəziyyəti ilə bağlı olmamasına dair ərizə alınmamış, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün barəsində protokol tərtib edilmiş şəxsin çağırılması barədə qərardad qəbul edilməmiş və onun iştirakı təmin edilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokola baxılmasında barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ pozulmuşdur. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X9 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları təsbit edilmişdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61- 67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, inzibati xəta haqqında protokol natamam tərtib olunmuş, inzibati xəta haqqında protokolda X9 AR İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalanıtörətməsi göstərilsə də,inzibati xətanın törədildiyi və yaxud aşkar edildiyi tarix, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı protokolda göstərilməmişdir. Belə olan halda vəzifəli şəxsin həmin protokola baxıb qərar qəbul etməsi istisna olunur. Bununla belə vəzifəli şəxs tərəfindən X9 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində natamam protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi vəzifəli şəxs tərəfindən İXM-in tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-in 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X9 barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz qəbul edilmişdir. Belə olan halda, X9 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər İcra Hakimiyyətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X9 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər İcra Hakimiyyətinin İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işə yenidən baxılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-210/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-210/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver