Məhkəmə qərarları › İş №3(051)-211/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-211/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-211/2023 28.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, ali təhsilli, Mingəçevir şəhəri 1 saylı tam orta məktəbdə müəllimə işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq Müəyyən etdim: Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mingəçevir şəhər 1 saylı tam orta məktəbin müəllimi olaraq 02 fevral 2023-cü il tarixdə Təbiətşünaslıq dərsini tədris edərkən kitabı səhv gətirdiyi üçün həmin məktəbin 5-ci sinif şagirdi X6 “Təbiətşünaslıq“ dərslik kitabı ilə vurub dərəcəsi təyin olunmayan boynunun sağ yan səthində sıyrıq xəsarətini yetirməklə döymüşdür. Mingəçevir şəhər prokurorunun köməkçisi X8 məhkəmə iclasında bildirdi ki, Şəxs Mingəçevir şəhər 1 saylı tam orta məktəbin müəllimi olaraq 02 fevral 2023-cü il tarixdə Təbiətşünaslıq dərsini tədris edərkən kitabı səhv gətirdiyi üçün həmin məktəbin 5-ci sinif şagirdi X6 “Təbiətşünaslıq“ dərslik kitabı ilə vurub dərəcəsi təyin olunmayan boynunun sağ yan səthində sıyrıq xəsarətini yetirməklə döymüşdür. Ona görə də ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İXM-nin 157-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər 1 saylı tam orta məktəbdə biologiya müəllimi işləyir. 2022-ci ilin sentyabr ayından X3 Əhmədalıyevin oxuduğu sinfə təbiət dərsi keçmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində Sənur Əhmədalıyevin oxuduğu 5-ci sinfə təbiətşünaslıq dərsi keçmək üçün girmiş, dərsə girən zaman sinif uşaqlarına dərs kitablarını açmalarını tapşırmışdır. Həmin vaxt bütün uşaqlar dərs kitablarını açsalar da Sənur Əhmədalıyevin qarşısında təbiət kitabının 2-ci hissəsi olmamış, yalnız 1-ci hissəsi olmuşdur. O, Sənur Əhmədalıyevdən nə üçün təbiət kitabının 2-ci hissəsini gətirmədiyini soruşmuş, Sənur isə kitabı səhv gətirdiyini demişdir. O da Sənura nə üçün məsuliyyətsizlik etdiyini, anasının nə üçün nəzarət etmədiyini, bundan sonra bir də belə hal olmamasını söyləmiş, öz dərsini keçməyə başlamışdır. Həmin gün o, Sənur Əhmədalıyevi döyməmişdir. Hazırda zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi X5 ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 qanuni nümayəndəsi X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, işdə olan zaman anası Şəlalə Əhmədova ona zəng edərək azyaşlı oğlu X1 yaxşı olmadığını bildirdi. O, dərhal işdən çıxıb evə gəlmiş, oğlu Sənurdan ona nə olduğunu soruşmuşdur. Bu zaman oğlu ona bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında oxuduğu 1 saylı tam orta məktəbdə təbiət dərsində olan zaman Afaq adlı müəllimənin onun dərs kitabını gətirmədiyi səbəbindən masasının üzərində olan kitabı götürüb onun başına və sağ qoluna zərbə ilə vurduğunu dedi. Sənur Afaq müəllimənin ona “tərbiyəsiz, yiyəsiz, ana da məsuliyyətsizdi” deyə sözlər dediyini bildirdi. Anası Şəlalə ona oğlunun dünən dərsdən gələndən sonra səhhətində problemlər yarandığını, lakin baş verən hadisə ilə bağlı heç bir şey demədiyini, bu gün hər şeyi açıb ona danışdığını dedi. Bundan sonra o, azyaşlı oğlunun səhhətində problemlər olduğunu görüb dərhal DİN-nin 102 zəng mərkəzinə döyülmə ilə bağlı məlumat verdi. Daha sonra taksi ilə Sənuru Mingəçevir ŞMX-nın Acil şöbəsinə aparmış, orada oğluna ilkin tibbi yardım göstərilmişdir. Hazırda Şəxs ilə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 06 fevral 2023-cü il tarixli 52 №-li rəyində göstərilir ki, X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- boynunun sağ yan səthində sıyrıq bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar