Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-213/2023 27.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: Şəxs Zərərçəkmiş şəxslər: X5 və X3 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şuşa rayonu, Quşçular kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmamış, X8 məxsus 300 manat dəyərində Samsung Galaxy A32 markalı telefonu danışmaq adı ilə alıb geri qaytarmayaraq . Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində Hollywood kafesində X4 məxsus 350 manat dəyərində Samsung Galaxy A52 markalı telefonu danışmaq adı ilə alıb geri qaytarmayaraq oğurlamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Nur şadlıq sarayının yaxınlığında tanışı Rizvana zəng etmək üçün Əli adlı şəxsin telefonunu götürərək oradan uzaqlaşmışdır. Həmin telefonu Bakı şəhərində çayçıda tanış olduğu tanımadığı şəxsə satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə əvvəl tanıdığı Elxan adlı şəxslə H.Əliyev prospektində yerləşən Hollyvod adlı kafede əyləşmişlər. Yan tərəfdə oturan əvvəl tanıdığı Məhəmməd adlı şəxsdən danışması üçün ona telefonunu verməsini xahiş etmişdir. O isə balansında pul olmadığını bildirmişdir. Bundan sonra isə Hüseyn adlı şəxs danışması üçün telefonunu ona vermişdir. O isə telefonu götürüb oradan uzaqlaşmışdır. Daha sonra həmin telefonu Bakı şəhərində tanımadığı şəxsə satmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclası zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Nur şadlıq sarayının yanında çayçıda olan zaman Rövşən ora gələrək hər ikisinin ortaq tanışı olan Rizvana zəng etmək üçün telefonunu istəmiş, o isə telefonu verək çayçıya daxil olmuşdur. 2 dəqiqədən sonra çölə çıxdıqda isə Rövşən orda olmamışdır. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə dostu Şahvələd ilə birlikdə .Əliyev prospektində yerləşən Hollyvod adlı kafede əyləşən zaman Şəxs onlara yaxınlaşaraq danışmaq üçün telefon lazım olduğunu bildirmiş o da danışması üçün telefonunu ona vermişdir. Rövşən isə telefonu götürüb danışmaq üçün çölə çıxmışdır. Bundan sonra Rövşənin arxası ilə o da çölə çıxan zaman Rövşənin orada olmadığını görmüşdür. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, eləcə də, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Kərimov X2 şəhərində xx.xx.2023-cü il tarixdə yetkinlik yaşına çatmamış, X8 məxsus 300 manat dəyərində Samsung Galaxy A32 markalı telefonu, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində Hollywood kafesində X4 məxsus 350 manat dəyərində Samsung Galaxy A52 markalı telefonu danışmaq adı ilə alıb geri qaytarmayaraq oğurlamışdır. Göründüyü kimi Mingəçevir Şəhər Polis Şöbəsinin protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxsi tərəfindən məhkəməyə təqdim olunmuş inzibati xəta materiallarında oğurluq cinayətinin əlamətlərinin olub–olmamasının araşdırılması məqsədilə hazırki inzibati xəta haqqında işə baxılmasına xitam verilməli və materiallar aidiyyəti üzrə Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CM–in 177-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə görə bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş əməllər əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. İnzibati xəta haqqında iş üzrə icraatda Şəxs tərəfindən yetkinlik yaşına çatmamış X8 məxsus 300 manat dəyərində, X4 məxsus 350 manat dəyərində telefonları oğurlaması müəyyən edilmiş, həmin hal xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollarda da öz əksini tapmışdır. Belə olan halda Şəxs əməlində oğurluq cinayətinin əlamətlərinin mövcud olmasına əsaslı şübhələr olsa da, həmin hallar araşdırılmamış və onlara ibtidai araşdırma orqanı tərəfindən qiymət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85–ci maddəsində göstərilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Odur ki, məhkəmə hesab edir ki, yuxarıda təsvir olunnan məsələ ilə əlaqədar oğurluq cinayətinin tərkibinin olub–olmamasının müzakirə edilməsi məqsədilə hazırki inzibati xəta haqqında protokola baxılmasına xitam verilməli və materiallar baxılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110, 112, 114, 115 və 117–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola baxılmasına xitam verilsin və materiallar cinayət əlamətlərinin olub–olmamasının müzakirə edilməsi məqsədilə Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-213/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-213/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver