Məhkəmə qərarları › İş №3(051)-217/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-217/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-217/2022 13.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1 Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Tərtər rayonu, Səhləbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də işləyən, Mingəçevir şəhəri Natavan küçəsi ev 1 mənzil 16-da qeydiyyatda olan, Mingəçevir şəhəri Gəncə şosesi döngə 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2021 №li 17.05.2021-ci il tarixli icra sənədi ilə Şəxs 3021 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyinə görə barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2021 №li 17.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan 3000 manat pul, həmçinin 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri olan 1491 manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. O, qeyd olunan borcdan 1000 manatını tələbkara ödəmiş, borcdan da əlavə 500 manatı depozit hesaba ödəmişdir. Ödəniş edə bilməməsinə səbəb hazırda gördüyü işlə bağlı hesabında vergi borcuna görə sərəncam qoyulması olmuşdur. Hazırda "xxxx" MMC-də təsisçi işləyir, aylıq gəliri 400 manatdır. Bundan sonra hər ay ödəniş edərək borcunu ödəyəcəkdir. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-284/2021 №li 17.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 3000 manat pul, həmçinin 6 baş quzu, 4 baş çəpiş olmaqla, cəmi 10 baş xırdabuynuzlu heyvanlar naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda isə həmin heyvanların dəyəri olan 1491 manat məbləğində pul, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu alınıb ona verilməlidir. Lakin Şəxs bu vaxta qədər borcunu tam ödəməmişdir. Şəxs "xxxx" MMCnin təsisçidir. Maddi imkanı vardır, ancaq qərəzli olaraq icra sənədini icra etmir. Hazırda 3021 manat borcu vardır. Borcun ödənilməsini tələb edir. Əks halda Şəxs inzibati qaydada həbs verilməsini xahiş edir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 13.05.2022-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar