Məhkəmə qərarları › İş №3(051)-218/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-218/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-218/2020 02.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin rəisi Elşən Əmrahovun inzibati xəta haqqında xx xxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin rəisi Elşən Əmrahovun xx xxxxx 2020ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası XM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. A.N.Pirməmmədov həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X2 məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin rəisi X3 inzibati tənbeh vermə barədə xx xxxxx 2020-ci il tarixli, MN № ******* saylı qərarı ilə o, Aərbaycan Respublikası İXM-nın 211-ci maddəsi ilə cərimə olunmuşdur. Qərarın surəti ona xx xxx 2020-ci ildə çatdıqdan sonra məlumatı olmuşdur. Belə ki, xx xxxxx 2020-ci ildə o, sms icazə ilə çölə çıxmışdır. Həmin icazə müddətində evə çatarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. ünvan 1 mənzil 72 ünvanda yaşadığını və sms-in son dəqiqələrində evinə getdiyini bildirmiş sms icazəni Aralarında başqa söz söhbət olmamışdır. xx xxx 2020-ci ildə inzibati tənbehetmə barədə qərar gəldikdən sonra qərardan xəbərdar olmuşdur. Qərar qəbul edilərkən onu dəvət etməmişlər və ona göstərmişlər. Hesab edir ki, qərar qanunsuz vəəsassızdır. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli qərarın ləğv olunmasını xahiş edir. İşəəlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin rəisi Elşən Əmrahovun inzibati xəta haqqında xx xxxxx 2020-cı il tarixli qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğdə inzibati cərimə olunmuşdur. Şikayət vermişşəxsin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, N.Pirməmmədovun əməlində inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında işüzrə qarardan verilmiş şikayətə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası İXM-nin 21, 40 , 43, 48-51, 53, 100, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdim : Şikayət təmin edilsin. X1 barəsində olan Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin rəisi Elşən Əmrahovun inzibati xəta haqqındakı xx xxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar