Məhkəmə qərarları › İş №3(051)-218/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-218/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-218/2021 18.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X6 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, vəkil X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 mənzil 12 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat alimentin alınaraq Zərərçəkmiş şəxs ödəməli olması barədə Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2170/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs oğlunun həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, tələbkarın izahatları, özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2170/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2170/2020 №li xx.xx.2020-ci il il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Fotoqraf işləyirdi, karantinlə bağlı toylar olmadığı üçün hazırda işləmir, aliment borcunu ödəməyə imkanı yoxdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2170/2020 №li xx.xx.2020-ci il il tarixli qətnaməsinə əsasən Şəxs xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat və üç yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Oğuz rayonunda yaşayır. Mingəçevir şəhər icra və probasiya şöbəsinə gələ bilmir, icra məmuru ilə telefonla tez-tez əlaqə saxlamış, alimentin icra olunmasını tələb etmişdir. Lakin borclu alimenti ödəməmişdir. Şəxs aliment borcundan heç bir ödəniş etməmişdir. Hazırda Şəxs 1200 manat aliment borcu yaranmışdır. Uşağı saxlamaqda çətinlik çəkir. Alimentin ödənilməsini tələb edir. Əks halda Şəxs inzibati qaydada həbs verilməsini xahiş edir. İcra məmuru X3 izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2170/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat və xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşına çatana kimi saxlanması üçün hər ay 30 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs bu vaxta qədər heç bir ödəniş etməmişdir. Hazırda isə Şəxs 1200 manat borcu vardır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 14:20-dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar