Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-219/2021 22.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri S.Mustafayev küçəsi 27, ev 288də qeydiyyatda olan, Mingəçevir şəhəri Tərəvəzçilik Sovxozu ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* №li protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazində icazə sənədi olmadan hərəkətdə olub karantin rejim qaydalarını pozduğuna görə barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Bakı şəhərində qeydiyyatdadır, ancaq ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayır. xx.xx.2020-ci ildə Bakı şəhərində hərbi komissarlıq vasitəsilə hərbi səfərbərliyə çağırıldı. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Səfərbərlikdən tərxis olnduqdan sonra ona verilən hərbi biletdə döyüşlərdə iştirak etməsi barədə qeydlər edilmədiyini gördü. Ondan başqa bəzi döyüş yoldaşlarının da hərbi biletində həmin qeydlər aparılmamışdı. Hərbi hissədən onlara bildirdilər ki, hərbi biletlərini gətirib onlara versinlər, tam yazıldıqdan sonra geri qaytaracaqlar. O, xx.xx.2021-ci ildə hərb hissəyə getmək istəyərkən polis əməkdaşları onu saxlayıb icazə sənədi olmadan küçəyə çıxdığını bildirdilər. O, izah etdi ki, şəxsiyyət vəsiqəsi hərbi komissarlıqda olduğuna görə icazə ala bilməmişdir. Barəsində protokol tərtib olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Bekə ki, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, Elnur Qəmbərov hərbi səfərbərlikdən yeni qayıtdığı üçün şəxsiyyət vəsiqəsi hərbi komissarlıqda qaldığına görə yaşayış yerini tərk etməsi ilə əlaqədar icazə almağa imkanı olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-219/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-219/2021
22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver