Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-219/2022 05.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbayjan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 23 dekabr 2021-cu il tarixdə idarə etdiyi LADA “VAZ 21072” markalı Y501YH161 nömrəli avtomaşınla Mingəçevir şəhəri, Təbriz küçəsində hərəkətdə olarkən “yol ver” nişanıın tələblərini pozaraq Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** BH *** nömrəli mikroavtobusla toqquşmuş, nəticədə sonuncu xəsarət almışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 23.12.2021-ci ildə saat 11 radələrində mərhum yeznəsi X2 məxsus LADA vaz 21072 markalı y501yh rus dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhərində Gəncə şossesində Təbriz küçəsinə çıxarkən yol kənarında olan syop nişnəının tələblərinə uyğun olaraq avtomobili dayandırmış, sağ tərəfdən avtomobil gəldiyini gördüyü üçün keçməsini gözləmiş, bundan sonra əsas avtomobil yoluna çıxdıı zaman sol tərəfdən gələn “Mersedes” markalı mikroavtobusu görmədiyi üçün idarə etdiyi avtomobillə həmin mikro avtobus toqquşmuşdur. İlk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül tənbeh növünün seçilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəl ki, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 23.12.2021-ci ildə saat 11 radələrində DRES qəsəbəsindən üzü şəhər istiqamətinə gəldiyi zaman şəhərin Gəncə şosessinə dönən istiamqətinə 4-5 metr məsafə qalmış LADA Priora markalı avtomobilin sürücüsü onu gözləmədən avtomobillə yoluna çıxmış, əyləc vasitəsi ilə avtomobili saxlatmaq istəsə də avtomobildə 12 nəfər sərnişin olduğundan avtomobili saxlaya bilməmiş, qəza baş vemişdir. Ona dəymiş ziyanın ödənilməsini və Şəxs barəsində tədbir gözrülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci bəndinə görə yalnız müəyyən yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan şəxslər nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7ci bəndinə görə elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Həmin qanunun 50-ci maddəsinin İ bəndinə görə, sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 4-cü bəndinin tələblərini pozaraq, o, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X1 törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğdə inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-219/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-219/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver