Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-219/2024 01.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin X5, borclu Şəxs, tələbkar X3 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2yan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-286/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 6900 manat borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-286/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 6900 manat məbləğində pul alınıb X4 verilməsi qət edilmişdir. Lakin Şəxs borcunu tam ödəməmiş, nəticədə 5900 manat məbləğində borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-286/2019 saylı icra sənədinə əsasən ondan 6900 manat pul alınaraq X4 verilməlidir. Bu günə kimi o, borcundan 1000 manat ödəmişdir. Hazırda işləmir, maddi imkanı olmadığına görə qalan 5900 manat borcu tam ödəyə bilməmişdir. Borcunu hər ay 100 manat verməklə ödəyəcəkdir. Tələbkar Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərdi ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-286/2019 saylı icra sənədinə əsasən ondan 6900 manat pul alınaraq ona verilməlidir. Lakin borclu bu günə kimi 1000 manat ödəniş etmişdir. Hazırda Şəxs 5900 manat borcu var. Bu gün Şəxs qalan borcunu ödəməsinə söz verdiyi üçün qəbul edir və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-286/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 6900 manat pul alınıb X4 verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)-286/2019 saylı icra vərəqəsi xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. xx.xx.2019-cu il tarixdə borclu Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli 3(051)-54/2021 saylı Mingəçevir Şəhər Məhkəməsinin qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin borcluya məxsus əmlak aşkar edilməmişdir. İşə əlavə edilmiş tələbkar X2 ərizəsindən görünür ki, barəsində inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə prosesində ona olan borcunun hər ay 100 manat ödəməsinə söz verdiyi üçün qəbul edir və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İşə əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X4 5900 manat borcu olduğunu bildirərək, hər ay 100 manat verməklə borcunu ödəməyə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən təkrarən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Qeyd olunan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə şəxsin əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-219/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-219/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver