Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-22/2022 10.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Mingəçevir ŞPŞ-in İTB-in polis sahə rəisi - X1 iştirakı ilə xx xxxx 1989-cu ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyən e t d i: Şəxs THÇ marixuana aşkar edilmişdir. Narkotikdən sərxoşluq əlamətləri aşkar olunmuşdur. Mingəçevir ŞPŞ-in İTB-in polis sahə rəisi X2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Şəxs THÇ marixuana aşkar edilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, o, narkotik vasitənin aludəçisi deyil. Lakin arada bir narkotik vasitədən istifadə edən şəxslər ətrafında olub. Onları da tanımamışdır. Narkotikdən istifadə etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan Mingəçevir ŞPŞ-in İTB-in polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 08.01.2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs THÇ marixuana aşkar edilmişdir. İşdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli 26 №-li Rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan Kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan 12 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs 08.01.2022-ci il tarixdə saat 19:50 radələrində sidiklə müayinə edilmiş, ondan THÇ marixuana aşkar edilmişdir. Narkotikdən istifadə faktı aşkar edilmişdir. Məhkəmə icasda iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını obyektiv və qərəzsiz şəkildə təhlil edib belə hesab edir ki, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin izahatında narkotik vasitələrdən istifadə etməməsini bildirməsi işdə olan materiallarla təkzib edilir. Belə ki, işdə olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli 26 №-li Rəydən və 12 №-li Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs narkotik vasitələrin aludəçisidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı yüngülləşdirən hallar və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-22/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-22/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver