Məhkəmə qərarları › İş №3(051)-220/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-220/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-220/2022 26.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(008)- 6625/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli məhsulların nisyə alqı –satqı müqavilələri üzrə ümumilikdə 30,062 manat məbləğində əsas borc, 100 manat dəbbə pulu olmaqla cəmi 30,162 manat məbləğində borc pul və 30 manat dövlət rüsumunun cavabdeh Azərmaq” MMC-nin direktoru X2 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-220/2022 saylı iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan cavabdeh ondan şikayət verərək qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün Mingəçevir şəhər məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Zərərçəkmiş şəxs MMC-nin direktoru X7 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)- 220/2022 saylı iş üzrə qəbul etdiyi 18 aprel 2022-ci il tarixli qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarımışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında izahat verən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(008)- 6625/2018 saylı icra vərəqəsi üzrə ümumilikdə 31,162 manat məbləğində borc pul və 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs MMC-nin direktoru X2 ödənilməsi qət edilmişdir. Maddi vəziyyəti ağır olduğundan borcunu icra sənədində göstərildiyi məbləğdə ödəyə bilməmişdir. Özü ona indiyənədək 1700 manatı hissə-hissə ödəmiş, sonradan onun adına olan 3 ha torpaq sahəsi hərraca çıxarılaraq 3850 manata X1. Belə ki, o, X4 olan borcun qarşılığı olaraq, sonuncunun razılığına əsasən qalıq 24342 manat borcu ümumi olaraq 9 ha torpaq sahəsinin X3 adına keçirtməklə ödəyəcəyi və həmin borcun öz aralarında həll ediləcəyi ilə bağlı onunla razılaşmışlar . Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs MMC-nin direktoru X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin o, xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə və teleqram ünvanlayaraq Şəxs ilə borcun ödənilməsinə dair razılığa gəldiyini bildirmiş və bu səbəbdən onun barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(008)- 6625/2018 saylı icra vərəqəsindən görünür ki, zərərçəkmiş şəxs Şəxs 30,162 manat məbləğində əsas borc pul və 30 manat dövlət rüsumunun alınıb zərərçəkmiş şəxs «Azərmaq” MMC- nin direktoru X2 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(008)- 6625/2018 saylı icra sənədi icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Hərracın Nəticələrinə dair yekun protokoldan görünür ki, borclu Şəxs məxsus 2,75 ha kənd təsərrüfatlı torpaq sahəsi hərracda 3850 manat «Azərmaq” MMC- nin direktoru X6 tərəfindən alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərşəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı borcun ödənilməsi ilə bağlı razılığa dair ərizə və teleqramı və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, Şəxs tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli 2(008)- 6625/2018 saylı icra sənədi üzrə olan borcu tam və vaxtında ödənilmədiyindən və icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra edilmədiyindən, hazırki vaxta şəxsin ödəməli olduğu məbləğ ümumilikdə 24342 manat təşkil etmişdir. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, Şəxs borcunu ödəməkdən artıq yayınmır, əksinə zərərçəkmişlə razılığa gəlmişdir. Bu hal zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdə öz əksini tapır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7)şikayət verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar