Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-220/2023 15.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş Azərbaycan Respublikası İXM–nin 395.2-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq Müəyyən etdim: Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2022-ci ilin dekabr ayının sonlarında anası X1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tikilinin divarını dağıdaraq tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işləri aparılmaqla və dəyişikliklər etməklə qapı açaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Mingəçevir şəhər prokurorunun köməkçisi X2 məhkəmə iclasında bildirdi ki, Şəxs 2022-ci ilin dekabr ayının sonlarında anası X1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan tikilinin divarını dağıdaraq tikintisinə icazə tələb olunan tikinti obyektlərinin funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işləri aparılmaqla və dəyişikliklər etməklə qapı açmışdır. Ona görə də Şəxs barəsində İXM-nin 395.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, sözügedən ev və torpaq sahəsi anasının adınadır və onlar uzun müddətdir ki, orada yaşayırlar. Təxminən 5 il bundan əvvəl həyətdə mətbəx kimi istifadə etmək üçün balaca tikili tikilmişdir. 2022-ci ilin dekabr ayının sonlarında isə o, həyətin divarından qapı açdırdı və o, oraya qapı da qoydurdu. Bir müddət sonra İcra Hakimiyyətinin işçiləri oraya gəldilər və ona xəbərdarlıq edərək qapı açmağın qadağan olduğunu bildirdilər. O isə onlara orada tikilinin əvvəlcədən mövcud olduğunu dedi. Hesab edir ki, ev və torpaq sahəsi xüsusi mülkiyyətdə olduğu üçün həyətin ətrafına çəkilmiş hasardan qapı açması ilə bağlı icazənin alınması lazım deyil, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 395.2-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğuları istisna olmaqla) funksional təyinatı dəyişdirilməklə, onlarda qanunsuz olaraq yenidən planlaşdırma və yenidənqurma işlərinin aparılması, mühəndis, nəqliyyat şəbəkələrinə, sistemlərinə və qurğularına qoşulması və dəyişikliklər edilməsi inzibati məsuliyyətə səbəb olur. Lakin inzibati materialda ətrafına hasar çəkilmiş torpaq sahəsinin mülkiyyət növü, hasarın tikintisinə icazə tələb olunub-olunmaması, qeyd edilən hasarın tikinti norma və qaydaları ilə müəyyən edilmiş 2m 20sm-dən hündür olub-olmaması, torpaq sahəsi xüsusi mülkiyyətdədirsə, kimin mülkiyyətində olması və sair araşdırılmamışdır. Odur ki, inzibati materiala baxılıb qanuni, obyektiv qərar qəbul olunması mümkün olmamışdır. Ona görə də hesab edirəm ki, Şəxs barədə inzibati material yenidən araşdırma aparılması üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.2-ci maddəsi ilə tərtib edilmiş inzibati material geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-220/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-220/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver