Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-222/2022 18.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Mingəçevir şəhəri Koroğlu küçəsi ev 13/14 №li evin 5 №li mənzilində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d im : Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* saylı, 17.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs saat 20:35 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində DYP əməkdaşları xidmətdə olarkən VAZ-2106 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, həmin vaxt sərxoş vəziyyətdə olmuş, ona görə də ünvanlı olaraq nalayiq söyüşlər söymüş və polis əməkdaşlarına müqavimət göstərmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Əməlindən peşimandır. X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir ŞPŞ-nin DYPX-nin inspektoru işləyir. YPX-nin digər inspektorları Həsən Əliyev və Naim Nakirzadə ilə xidmətdə olarkən Şəxs 17.04.2022-ci il tarixdə saat 20:35 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində VAZ-2106 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Elgünə yaxınlaşıb özünü təqdim etdi. Həmin vaxt onun nəfəsindən spirtli içki iyi gəldiyi üçün Narkoloji dispanserdən keçməsini izah etdi. Bu zaman Elgün polis əməkdaşları, onların ailəsi barədə nalayiq ifadələr işlədərək, hədə-qorxu gəldi, heç bir yerə getməyəcəyini bildirdi. Onu nizam intizama dəvət etsələr də, Elgün tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Sonra əraziyə PPX bölüyünün əməkdaşlarını dəvət edərək Elgünü ŞPŞ-nin növbəçi hissəsinə gətirib təhvil verdilər. X5 və X3 X1nun izahatına uyğun izahat verdilər. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsin müddəti tutulduğu vaxtdan, 17.04.2022-ci il tarixdən, saat 20:40 –dən hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-222/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-222/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver