Məhkəmə qərarları › İş №3(051)-223/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-223/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-223/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Mingəçevir şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Mingəçevir şəhəri PŞ DYPB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhəri PŞ DYPB tərəfindən tərtib olunmuş 12.04.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC-nin (hüquqi şəxsin) mülkiyyətində və istifadəsində olan N.V-ni inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqan tərəfindən bu barədə sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə Şəxs ASC-ə məlumat verilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Hesab edirəm ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Şəxs ASC-yə göndərdiyi 27.03.2022-ci il tarixli 158-10005 №-li məktubundan görünür ki, Şəxs ASC-nin mülkiyyətində olan avtomobillərin sürücüləri tərəfindən törədilmiş yol hərəkət qayda pozuntuları xüsusi texniki vasitələr tərəfindən aşkarlanaraq elektron protokollar tərtib edilmişdir. Tərtib edilmiş protokollar Azərbaycan Respublikasının İXM-nin 57-ci maddəsinə əsasən hüquqi şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Mülkiyyətinizdə olan nəqliyyat vasitələrini, inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxslər haqqında məlumatı qısa müddətdə Mingəçevir ŞPŞ-nin DYPB-nə təqdim edilməsi bildirilmişdir. İşdə olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs ASC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən məqsədlərə nail olması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin maddələrini rəhbər tutub Qərara aldım: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar