Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-223/2024 15.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx.xx.1987-ci ildə Yevlax rayonu Qaraoğlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Yevlax rayonu Qaraoğlan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X8 Xidmətinin Yevlax Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: X8 Xidmətinin Yevlax Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* №li protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:20 radələrində Mingəçevir şəhəri Avtovağzal ərazisində reyd zamanı idarə etdiyi “Mersedes-B” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz olaraq Mingəçevir-Yevlax istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Şəxs qanunvericiliklə nəzərdə tutulmuş sənədləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X8 Xidmətinin Yevlax Regional şöbəsinin əməkdaşlarına təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X8 Xidmətinin Yevlax Regional şöbəsinin nümayəndəsi X3 məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli 02 №li əmrin surətindən görünür ki, 12, 13, 14, 15 və 19 mart 2024-cü il tarixlərində Mingəçevir şəhərində reyd keçirilməsi əmr edilmişdir. Həmin əmrə əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin daşıyıcılar tərəfindən avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydalarına və tələblərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 15:20də Mingəçevir şəhəri Beynəlxalq avtovağzalı ərazisində reyd keçirilməsi əmri verilmişdir. İşdə olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN ******* №li protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində Mingəçevir şəhər Avtovağzal ərazisində reyd zamanı Şəxs “Mersedes-B” markalı, **-LZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin inspektorları X6, X2 və X1 şəhər Avtovağzal ərazisində reyd zamanı sürücü Şəxs ona məxsus “Mersedes-B” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar edilmiş və o, qanunvericiliklə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Şəxs törətdiyi inzibati xətanın mahiyyəti izah olundu və inzibati protokol tərtib olunacağı xəbərdarlıq edildi. Lakin o, protokolla bağlı izahat vermək, protokola imza etməkdən və protokolun sürətini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Şəxs əmr əsasında keçirilən reyd zamanı tələb olunan sənədləri müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs inzibati tənbeh növü təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh növü təyin edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-223/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-223/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver