Məhkəmə qərarları › İş №3(051)-224/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-224/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-224/2022 04.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 iştirakı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 06 aprel 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 2000000.00 Rusiya rubl məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 03.03.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin 2 il müddət keçməsinə baxmayaraq 2000000.00 Rusiya rubl məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs MMC barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. İnzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən 2000000.00 rubl qabaqcadan ödəniş edilməklə köçürülsə də müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınmış mallar ölkəyə daxil olmamış, ya da ödənilmiş vəsait geri qaytarılmamışdır. İnzibati xəta haqqında protokola əlavə olunmuş, 03 mart 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 18 noyabr 2019-cu il tarixli müqavilə üzrə "xxxx" ASC-də olan hesabından 2000000.00 rubl vəsait köçürmüşdür. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə valyuta vəsaitin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirimi faizindən otuz faizədək məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İşə əlavə edilmiş materiallara qiymət verərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC 2000000.00 (iki milyon) rublun 25 (iyirmi beş) faizi məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən 2000000.00 (iki milyon) rublun 25 (iyirmi beş) faizi, yəni 500.000 (beş yüz min) rubl məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar