Məhkəmə qərarları › İş №3(051)-228/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-228/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-228/2022 29.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1994–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-272/2021 saylı icra vərəqəsi üzrə 3372 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-272/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Şəxs 3372 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınıb tələbkar OBA market MMC-yə verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək borcunu ödəməmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman tələbkar borclu ilə razılığa gələrək, borcunun ödənilməsi üçün Şəxs işə qəbul edəcəyini bildirmişdir. Odur ki, protokolun dəlillərini müdafiə etdi və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-272/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan 3372 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınıb tələbkar OBA market MMC-yə verilməsi qət edilmişdir. Lakin, maddi vəziyyəti aşağı olduğu üçün borcunu ödəyə bilməmişdir. Bununla belə tələbkarla razılıq əldə etmişdir. Belə ki, tələbkara olan borcun qarşılığı olaraq OBA market MMC-də işə qəbul ediləcəyini və həmin borcun öz aralarında həll ediləcəyini ilə bağlı tələbkarla razılaşmışlar. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-272/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3372 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınıb tələbkar OBA market MMC-yə verilməsi qət edilmişdir. İşdə olan 20.04.2022-ci i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 15.02.2021-ci il tarixli 2(051)-272/2021 saylı icra vərəqi üzrə 3372 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, icra məmurunun və borclunun izahatı, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu mövcud borcun ödənilməsindən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu tələbkara olan borcun əvəzi olaraq OBA market MMC-də işlə təmin ediləcəyini və həmin borcun aralarında həll ediləcəyi ilə bağlı tələbkarla razlığa gəlmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar