Məhkəmə qərarları › İş №3(051)-229/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-229/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-229/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və probasiya şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə xx xxxxxx 1984-cü ildə Ağdam rayonu, Keşdazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3144/2020 №li 22.09.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 2340 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-3144/2020 №li 22.09.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 29.08.2018-ci il tarixdən başlayaraq 20.04.2006-cı il təvəllüdlü X4 və 10.05.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 manat, cəmi 180 manat məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Şəxs alimenti ödəməmişdir. Səbəb kimi də İİ qrup əlil olması və bir qolunun olmaması ilə əlaqədar işləmək qabiliyyətinin olmaması və maddi imkanının olmaması ilə əsaslandırır. Borclunun mülkiyyətində də elə bir əmlak müəyyən edilməmişdir ki, borc həmin əmlaka yönəldilsin. Şəxs 2340 manat aliment borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Gəncə Apelyasiya Məhkəməsinin icra sənədinə əsasən ondan 29.08.2018-ci il tarixdən başlayaraq 20.04.2006-cı il təvəllüdlü X4 və 10.05.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 manat, cəmi 180 manat məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İİ qrup əlildir, bir qolu yoxdur, bir qolu olmadığına görə onu heç bir yerdə işə götürmürlər. Əlilliyə görə son vaxtlar aldığı pensiyanın məbləği artmış, hər ay 180 manat pensiya alır. Borcun hər ay 100 manat olmaqla pensiyaya yönəldilməsinə etiraz etmir və ya özü hər ay 100 manat ödəyər. İkinci evlilikdən də 2 uşağı var. Mülkiyyətində elə bir əmlak da yoxdur ki, satıb alimenti ödəsin. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşaqlarını saxlamaqdan boyun qaçırmamışdır. İcra məmurunun hər bir çağırışı ilə icra şöbəsinə gəlmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə edilmiş 03.03.2010-cu il tarixində verilmiş əlillik vəsiqəsindən görünür ki, Şəxs İİ qrup əlildir. İşə əlavə edilmiş Dövlət Qaçqınkomun 25.06.2014-cü il tarixli qərarına əsasən verilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, Şəxs Ağdam rayonundan məcburi köçkündür. İşə əlavə olunmuş DSMF Publik hüquqi şəxsin 3 saylı X5 Mingəçevir şəhər qəbul şöbəsinin 21.04.2022-ci il tarixli arayışında göstərilir ki, Şəxs İİ qrup əlil olduğuna görə müddətsiz sosial müavinət alır və aylıq müavinətin məbləği 180 manatdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs alimenti maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 2340 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 2340 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar