Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-23/2024 10.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İnzibati xəta törətmiş şəxs: Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə ünvan 2aliyyət göstərən (VÖEN:**********) Şəxs MMC barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İXM-in 452.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən aptekdə (Şəxs MMC (VÖEN:**********) xx.xx.2023-cü il tarixdə keçirilmiş planlı (növbəti) yoxlama zamanı Aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitələrinin buraxılma qaydalarının pozulması faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclası zamanı bildirdi ki, AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin pərakəndə satış əczaçılıq müəssisələrinin planı üzrə xx.xx.2023-cü il tarixli ******* nömrəli protokolda da göstərilən pozuntu qismən mövcuddur. Aptekdə yanğın olduğundan otaqlar arasında olan arakəsmə sökülmüşdür. Lakin, bu hal müvəqqəti xarakter daşıyır. Tezliklə həmin arakəsmə bərpa ediləcəkdir. Əczaçı kimi işə götürülən Şəbnəm xanım isə tibb kollecini bitirmişdir və diplomu mövcuddur. Protokolda göstərilən hallarla bağlı tədbirlər görüləcəkdir. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən aptekdə (Şəxs MMC (VÖEN:**********) xx.xx.2023-cü il tarixində Aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitələrinin buraxılma qaydalarının pozulması faktı aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik X2 hüquqi şəxsinin pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə xx.xx.2023-cü il tarixli 692 nömrəli aktından görünür ki, Mingəçevir şəhəri, C.Əliyev küçəsində fəaliyyət göstərən aptekdə (Şəxs MMC (VÖEN:**********) 3-cü sual üzrə anbar otağı, müdir otağı və sarğı materialları otağının olmadığı aşkar edilmişdir. İşdə olan AR Səhiyyə Nazirliyi Analitik X2 hüquqi şəxsinin yoxlama suallarının siyahısından görünür ki, Şəxs MMC (VÖEN:**********) Mingəçevir şəhəri, C.Əliyev küçəsində aparılan Planlı (növbəti) yoxlama ilə bağlı sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər üzrə suallar tərtib edilmiş, Aptek təşkilatlarına dair tələblərə və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydalarına riayət olunması ilə bağlı sual üzrə tələb yerinə yetirilməmiş, protokol tərtib olunmuşdur. İşdə olan AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 15 sentyabr 2023-cü il tarixli Qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən əczaçılıq təşkilatının (Şəxs MMC (VÖEN:**********) fəaliyyətinin yoxlanılması məqsədilə, “xx.xx.2023-xx.xx.2023” tarixlərdə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, X1 işə satış üzrə nümayəndə (tibb və əczaçılıq məhsulları), əmək müqaviləsi üzrə satıcı kimi işə qəbul olunmuşdur. İşdə olan AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs MMCyə ünvanlanmış məktubdan görünür ki, ünvan 2aliyyət göstərən, şirkətə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində xx.xx.2023-cü il tarixində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il 714-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışdır. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblər pozulmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs Şəxs MMC təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sənədlərə əsasən müəyyən edildi ki, aptek təşkilatlarına dair tələblərə riayət edilməli olduğu halda, Şəxs MMC tərəfindən həmin tələblər pozulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş miqdarda cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-23/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-23/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver