Məhkəmə qərarları › İş №3(051)-231/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-231/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-231/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X2 Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.2001-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Nağdalı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və Mingəçevir şəhəri, Sağ sahil yarımçıq mehmanxana ünvanında yaşayan Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs qızı 23.03.2022-ci il tarixdə saat 17 radələrində “Arzu” gözəllik salonunda X1 tutaraq ona fiziki ağrı yetirərək qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs qızı Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, dırnağını düzəldirmək üçün Unibankın yaxınlığında yerləşən gözəllik salonuna getmiş, orada Rəksanə adlı xanım onun dırnağını düzəltməyə başlamışdır. Sonra o işini düzgün görmədiyi üçün Rəksanəyə iradını bildirmişdir. Bundan sonra Rəksanə onunla kobud danışmış və ona çıxıb getməsini bildirmişdir. O isə oradan gedərkən Rəksanə ona nalayiq söyüşlər söyərək təhqir etmiş və o da bundan sonra əli ilə stolun üzərindəki əşyaları itələyib yerə salmışdır. Rəksanə yenə də söyüş söyməyə davam etdiyi üçün ona tərəf gedərək saçından tutmuşdur. Bundan sonra Rəksanənin anası Gülüzar onu saçından tutub dartmağa başlamışdır. Əməlindən peşman deyildir. Odur ki, məhkəmədən izahatında göstərilənlər nəzərə alınmaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Arzu” gözəllik salonunda işləyir. 23.03.2022-ci il tarixdə saat 17 radələrində həmin gözəllik salonunda anası Gülüzar da olmuşdur. Elə həmin vaxt Şəxs Natiq qızı dırnağını düzəltdirmək üçün həmin yerə gəlmişdir. Bu zaman Nigar ilə aralarında dırnaq düzəldilməsi ilə bağlı mübahisə yaranmış və onlar sözlə mübahisə etməyə başlamışdır. Bu zaman Şəxs əsəbləşərək salonda stolun üzərində olan əşyaları itələyib yerə salmış, sonra isə stolu aşıraraq ona hücum etmiş və saçından dartaraq ona fiziki ağrı yetirmişdir. Bu zaman onu qorumaq və onlar arasında olan davanı dayandırmaq məqsədi ilə anası Şəxs saçından tutub dartmışdır. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan 02.04.2022-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 və Şəxs qızının barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmişdir. İşdə olan 05.04.2022-ci il tarixli qərardaddan görünür ki, X4 və Şəxs qızının barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 23.03.2022-ci il tarixdə saat 17 radələrində “Arzu” gözəllik salonunda X1 tutaraq ona fiziki ağrı yetirərək qəsdən döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs qızının ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs qızının barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar