Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-235/2022 11.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində qərar çıxarılmış: Mingəçevir şəhər Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X2 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: baş məsləhətçibaş əmək müfəttişi X9 iştirakı ilə, Mingəçevir şəhər Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin rəisinin 29 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış Mingəçevir şəhər Bələdiyyəsinin sədri tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 29 iyun 2021ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Mingəçevir şəhər Bələdiyyəsinin sədri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Mingəçevir şəhər Bələdiyyəsinin sədri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin 29 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərara xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan, X22 09.09.2016-cı il tarixdə Mingəçevir Bələdiyyəsinin “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi və ödənişlər üzrə nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. Onunla müddətli olaraq ilkin 09.09.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və ondan sonrakı illər üzrə əmək müqaviləsinin müddəti razılaşma qaydasında hər ilin yanvar ayının 5-nə kimi, yəni 1 il uzadılmışdır. X12 məzuniyyətə çıxmaq barədə yazdığı ərizəsi nəzərə alınaraq Mingəçevir Bələdiyyəsinin 11 yanvar 2021-ci il tarixli, 05/k nömrəli əmrinə əsasən məzuniyyətə buraxılmışdır. M.A.Əliyev məzuniyyət başa çatdıqdan sonra işə çıxmamış və 10.02.2021-ci il tarixdə Mingəçevir Bələdiyyəsinə ərizə ünvanlayaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. M.Əliyevin ərizəsi nəzərə alınaraq 10 fevral 2021-ci il tarixli 09/k “İşdən azad olunma haqqında” əmrlə Azərbaycan Republikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş əmək müqaviləsinə xitam veriləndən sonra onun son haqq-hesabı hesablanaraq 40 №-li ödəniş tapşırığı ilə 147.20 manat pul ödənilmişdir. X12 yazdığı 10.02.2021-ci il tarixli ərizəsinə əsasən 10.02.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, elə həmin tarixdə onun son haqqhesabı hesablanaraq ödənilmişdir. Bu səbəbdən hesab edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar əsassız və qanunsuzdur. Belə ki, bələdiyyə tərəfindən aparılan sənədləşmə heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış Mingəçevir şəhər Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X4 şikayətin dəlillərini müdafiə edərək, Mingəçevir şəhər X1 işinə xitam verilməsinə dair ərizədə tarix olmadığını müəyyən etdikdən sonra X22 ilə əlaqə saxlamağa çalışmışdır. X10 ilə əlaqə saxlamaq mümkün olmamışdır. X12 etibarnamə üzrə nümayəndəsi isə Bələdiyyəyə bildirmişdir ki, X8 Respublikasına daimi yaşamaq üçün getmişdir. Bundan sonra Mingəçevir şəhər Bələdiyyəsi əmək müqaviləsinə ərizənin daxil olduğu tarixdən xitam vermişdir. Ona görə də məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəhbərliyi tərəfindən tərtib edilmiş MN № ******* nömrəli 29.06.2021-ci il tarixli qərara xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin vəzifəli şəxsinin nümayəndəsi baş məsləhətçi-baş əmək müfəttişi X13 məhkəmə iclası zamanı şikayətin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, Azərbaycan Respublikası vətəndaşı X12 Mingəçevir şəhər Mingəçevir Bələdiyyəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciəti baxılması üçün X19 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə daxil olmuşdur. Daxil olmuş müraciətin araşdırması zamanı Mingəçevir şəhər Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi sənədlərdən məlum oldu ki, işəgötürən Mingəçevir Bələdiyyəsi ilə aralarında 09.09.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən M.Əliyev Bələdiyyədə “Maliyyə, vergi və ödənişlər" şöbəsinə vergi müfəttişi vəzifəsinə qəbul edilmişdir. M.Əliyevin əmək müqaviləsinin 4-cü paraqrafında ona, yığılan rüsumun 20 faizi məbləğində əmək haqqı nəzərdə tutulmuşdur. 05.01.2017-ci il tarixdə M.Əliyevlə yenidən əmək müqaviləsi bağlanılaraq “Maliyyə, vergi və ödənişlər” şöbəsinə vergi və ödənişlər üzrə sahə nəzarətçisi vəzifəsinə keçmişdir. 02.09.2019cu il tarixli əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında razılaşmayaəsasən əmək müqaviləsinin 4-cü paraqrafının 4.2 bəndində dəyişiklik edilərək M.Əliyevin əmək haqqı 342.00 (üç yüz qırx iki) manat müəyyənləşdirilmişdir. M.Əliyevə 2019-cu ilin sentyabr ayı üzrə 179.15 (bir yüz yetmiş doqquz manat 15 qəpik) manat, oktyabr ayı üzrə 381.96 (üç yüz səksən bir manat 96 qəpik) manat, noyabr ayı üzrə 590.44 (beş yüz doxsan manat 44 qəpik) manat, dekabr ayı üzrə isə 342 (üç yüz qırx iki) manat əmək haqqı ödənilmişdir. Bununla da məlum olur ki, M.Əliyevin əmək müqaviləsinin 4-cü paraqrafında əmək haqqına digər əlavələrin hesablanması və ödənilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, M.Əliyevin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 10.02.2021-ci il tarixli 09/k nömrəli əmrlə xitam verilmişdir. Təqdim edilən sənədlərdən məlum olur ki, o, işlədiyi dövrlər ərzində əmək məzuniyyətindən istifadə etmişdir. İstifadə etmədiyi 09.09.202010.02.2021-ci iş ili üzrə əmək məzuniyyətinə görə M.Əliyevə 147.20 (bir yüz qırx yeddi manat 20 qəpik) manat son haqq-hesab hesablanıb 10.02.2021-ci il tarixdə kart hesabına köçürülmüşdür. Ona görə də işəgötürən M.Əliyevin əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci və 69-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, işəgötürən M.Əliyevin əmək müqaviləsinə xitam verərkən onun ərizəsini əsas götürsə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbini (İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.) gözləməmişdir. Əmək müqaviləsinə xitam verilərkən işəgötürən Əmək Məcəlləsinin 69-cu maddəsinə riayət etməlidir, ya da işçi əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni işəgötürənə təqdim edəndən sonra xəbərdarlıq müddətində işə çıxmamışdırsa işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək vəzifələrini pozduğuna görə xitam verilməlidir. Beləliklə, Mingəçevir şəhər Mingəçevir Bələdiyyəsinin sədri X21 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq İnzibati xəta haqqında icraat başlanmış və 29.06.2021-ci il tarixli MN N° ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarla 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələblərinə uyğun olaraq işəgötürən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə uyğun olaraq isə işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən, habelə Əmək Məcəlləsinin tələblərini yerinə yetirməyən işəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb edilir. Şikayət əsassız olduğuna görə təmin olunmamasını, X19 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin 29 iyun 2021-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarının qüvvədə saxlanılmasını xahiş edir. Mingəçevir bələdiyyəsində kadr üzrə iş icraçısı vəzifəsində işləyən X17 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bələdiyyənin «Maliyyə, vergi və ödənişlər» şöbəsində iş icraçısı işləyən X22 11 yanvar 2021-ci il tarxdə 30 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmışdır. 10 fevral 2021-ci il tarixdə Murad Əliyevin iş yoldaşı, dostu X14 ona Muradın əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini təqdim edərək bildirdi ki, «Murad işdən azad olunmasını xahiş edir, ərizənin təqdim edilməsi üçün ona etibarnamə də vermişdir».Həqiqətən də X5 vermiş olduğu etibarnaməni də təqdim etdi. Murad Əliyevin ərizəsində əmək müqaviləsinə xitam verilməsi üçün tarix göstərilməmişdir. Bu barədə bildirdikdə Şahid dedi ki, Murad daimi yaşamaq və işləmək üçün Polşaya getmişdir, hazırda da Polşadadır, artıq işə qayıtmayacaqdır. Ona görə də ərizəni qəbul etdi. Məhkəmə iclasında şahid kimi izahat vermiş Şahid bildirdi ki, Murad Əliyevlə iş yoldaşı olmuşlar, həmçinin dostdurlar. Murad məzuniyyətə çıxıb Polşaya getdi. Polşaya getməmişdən əvvəl ona işdən azad olunma barədə ərizə verib dedi ki, Polşaya gedir, əgər münasib iş tapsa, yaşamaq üçün şərait olsa orada qalacaqdır, qayıtmayacaqdır, məzuniyyət vaxtı qurtarandan sonra ərizəni iş yerinə ver ki, onu başqa maddə ilə deyil, öz ərizəsinə əsasən işdən çıxarsınlar. Murad, həmçinin, ona etibarnamə də verdi, həmin etibarnamədə də digər səlahiyyətlərlə bərabər sənədin təqdim edilməsi səlahiyyəti də göstərilmişdir. Muradın məzuniyyət müddəti bitdikdən sonra, 10 fevral 2021-ci il tarixdə o, ərizəni iş yerinə təqdim etdi. Ərizəni təqdim edərkən ona Muradın ərizədə işdən çıxması üçün tarix göstərmədiyini, ərizənin düz yazılmadığını dedilər. O da bildirdi ki, artıq Murad Azərbaycanda yoxdur, ona görə də ərizəyə düzəliş etmək mümkün deyil, ancaq Murad işə qayıtmayacaqdır. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Mingəçevir şəhər Bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin 29 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi tərəfindən verilmiş MN ******* saylı, 29 iyun 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarda göstərilir ki, tərtib edilmiş 16 iyun 2021-ci il tarixli MN ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq, müəyyən edilmişdir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. X3 sədri X21 tərəfindən Azərbaycan Respublikası İXMin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi müəyyən edilmiş və X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyevə ünvanladığı 29 iyun 2021-ci il tarixli **********7 saylı məktubundan görünür ki, X12 Mingəçevir şəhər Bələdiyyəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanına daxil olmuş müraciətə X19 Xidmətinin Mingəçevir regional ərazi şöbəsində baxılmış, İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli 29.06.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1500,00 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Əmək müqaviləsindən görünür ki, işçi X22 işəgötürən Mingəçevir Bələdiyyəsinin sədri X16 tərəfindən işə 09 sentyabr 2016-cı il tarixdən başlamaqla 3 ay müddətinə “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi müfəttişi vəzifəsinə qəbul edilmişdir. İşdə olan 02.09.2019-cu il tarixli “əmək müqaviləsinə dəyişiklərin və əlavələrin edilməsi haqqında” Razılaşmadan göstərilir ki, Mingəçevir şəhər Bələdiyyəsinin sədri X16 ilə X22 1. əmək haqqı 342 manat məbləğində tarif haqqından ibarət olmasına dair dəyişikliyin və əlavələnin edilməsini qərara aldılar. Bundan başqa əmək müqaviləsinin digər şərtləri dəyişilməz sayılmışdır. İşdə olan 03.02.2020-ci il tarixli “əmək müqaviləsinə dəyişiklərin və əlavələrin edilməsi haqqında” Razılaşmadan görünür ki, Mingəçevir şəhər Bələdiyyəsinin sədri X16 ilə X22 1. X6 “Maliyyə, vergi və ödənişlər” şöbəsinin vergi və ödənişlər üzrə sahə nəzarətçisinin vəzifəsinin adı sahə üzrə iş icraçısı vəzifəsi adı ilə adlandırılır. 2. İşçiyə hər ay 375 manat əmək haqqı ödənilir və əmək 375 manat məbləğində tarif haqqından ibarətdir. 3. əsas məzuniyyətin müddəti 30 təqvim günü olmasından ibarət dəyişiklərin və əlavələrin edilməsini qərara aldılar. Bundan başqa əmək müqaviləsinin digər şərtləri dəyişilməz sayılmışdır. İşdə olan Mingəçevir Bələdiyyəsinin 05/k №-li 11 yanvar 2021-ci il tarixli “Məzuniyyətin verilməsi haqqında” Əmrindən görünür ki, Bələdiyyənin “vergi və ödənişlər”sinin sahə üzrə iş icraçısı 11.01.2021-ci il tarixdən 09.02.2021-ci il tarixədək 09.09.2019-09.09.2020-ci iş ili üçün 30 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılması və 10.02.2021ci il tarixdə işə başlaması əmr edilmişdir. İşdə olan X23 tərəfindən Mingəçevir şəhər Bələdiyyəsinin sədrinə təqdim olunmuş 10.02.2021-ci il tarixli ərizədən görünür ki, onun Mingəçevir Bələdiyyəsi ilə bağlanmış olduğu əmək müqaviləsinə tərəfindən xitam verir. İşə əlavə edilmiş etibar edən X22 tərəfindən etibar edilən Şahid verilmiş 12 yanvar 2021-ci il tarixli etibarnamədən görünür ki, X22 etibarnamə üzrə bəzi səlahiyyətləri, eləcə də, adından sənədləri təqdim etməyi etibar etmişdir. İşdə olan Mingəçevir Bələdiyyəsinin 09/k №-li 10 fevral 2021-ci il tarixli “işdən azad olunma haqqında” Əmrindən görünür ki, Bələdiyyənin “Vergi və ödənişlər” şöbəsinin sahə üzrə iş icraçısı 10.02.2021-ci il tarixdən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunması, onunlabağlanmış əmək müqaviləsinə xitam verilməsi və 13 təqvim günü istifadə etmədiyi günlərin son haqq hesabının ödənilməsi əmr edilmişdir. İşdə olan 11.01.2021-ci il tarixli Əmək haqqının hesablanmasının surətindən görünür ki, verilmənin məbləği 331,64 manat hesablanmışdır. İşdə olan 10.02.2021-ci il tarixli 09/k №-li Son haqq-hesabdan görünür ki, 147,20 manat son haqq-hesab hesablanmışdır. İşdə olan N 40 №-li 10.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 147.20 manat məbləğində pul X7 haqq hesab ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mingəçevir Regional Ərazi Şöbəsinin rəisinin 29 iyun 2021-ci il tarixli «İnzibati tənbeh vermə» haqqında qərarı ilə Mingəçevir bələdiyyəsinin sədri İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1500 manat cərimə olunmuşdur, ona görə ki, işçi ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir, yəni işçi Murad Əliyevin əmək müqaviləsinə xitam verərkən onun ərizəsini əsas götürsə də Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin tələbinə riayət etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndində göstərilir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir bələdiyyəsinin «Maliyyə, vergi və ödənişlər şöbəsində iş icraçısı işləyən X22 11 yanvar 2021-ci il tarixdə növbəti əmək məzuniyyətinə çıxaraq Polşaya getmişdir. Polşaya getməmişdən əvvəl əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsini iş yoldaşı Şahid verərək Polşadan qayıtmasa, məzuniyyət müddəti qurtaran kimi ərizəni iş yerinə təqdim etməyi xahiş etmiş, eyni zamanda Şahid adından sənədi təqdim etməyi barədə də səlahiyyət verilən etibarnamə də vermişdir. Məzuniyyət müddəti qurtardığı gün Şahid ərizəni işə götürənə təqdim etmiş, işəgötürən ərizədə əmək müqaviləsinə xitam verilməsi üçün gün göstərilmədiyini bildirsə də, işçi M.Əliyev Polşada olduğuna görə ərizədə qanunun tələbinə uyğun düzəliş edilməsi mümkün olmamışdır. Şikayətə etibarzada bildirilir ki, Mingəçevir Bələdiyyəsinin sədri işçi ilə əmək müqaviləsinə xitam verərkən ya Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət etməlidir, ya da işçi əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni işəgötürənə təqdim edəndən sonra xəbərdarlıq müddətində işə çıxmamışdırsa işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə, əmək vəzifələrini kobud şəkildə pozmasına görə əmək müqaviləsinə xitam verə bilərdi. İş materialları ilə müəyyən edilir ki, işçi Murad Əliyev xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsindən narazı olmamış, bununla bağlı şikayət verməmişdir. M.Əliyev əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir, lakin ərizəni qanuna müvafiq yazmamışdır. İşə götürən Mingəçevir Bələdiyyəsinin sədri də işçinin mənafeyini əsas tutaraq onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndi ilə deyil, 68-ci maddəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) xitam vermişdir. Məhkəmə hesab edir ki, Mingəçevir Bələdiyyəsinin Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar mövcuddur. Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin olunmalı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəhbərliyi tərəfindən tərtib edilmiş MN № ******* nömrəli 29.06.2021-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şikayət təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisinin Mingəçevir Bələdiyyəsinin sədri barədə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə olan MN № ******* nömrəli 29.06.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: MƏHBURƏ KƏRİMOVA
Məhkəmə qərarları › İş №3(051)-235/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-235/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver