Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-236/2022 05.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx xxxx 1987-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbayjan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icratda açıq məhkəmə ijlasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 27.09.2007-cu il təvəllüdlü İlkin adlı uşağın saxlanması üçün Bakı şəhər Xətai rayon Məhkəməsinin 19.10.2012-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 19.10.2012-ci il tarixli qanuni qüvvəyə qətnaməsi ilə borclu Şəxs 27.09.2007-cü il təvəllüdlü İlkin adlı uşağın saxlanması üçün hər ay 44 mnat sosial müavinətin ¼ hissəsi, yəni 11 manat və 49 manat sabit pul məbləği olmaqla cəmi 60 manat alimentin alınıb tələbkar X1 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin sonradan borclu qaçıb gizlənmiş, ona görə də borculunun axtarılması barədə qərar verilmişdir. O səbəbdən də borclu hazırki vaxtadək aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 540 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tələbkarla razılığa gəlmiş və borcunu qısa müddətə ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda borcu yaranmış aliment borcundan olan 540 manat pulu tam olaraq ödəmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Bakı şəhər Xətai rayon Məhkəməsinin 19.10.2012-ci il tarixli icra sənədi ilə ondan 27.09.2007-cü il təvəllüdlü İlkin adlı uşağın saxlanması üçün hər ay 44 manat sosial müavinətin ¼ hissəsi, yəni 11 manat və 49 manat sabit pul məbləği olmaqla cəmi 60 manat alimentin alınıb tələbkar X1 verilməsi qət edilmişdir. Lakin aliment borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Ona görə də onun aliment 540 manat borcu yığılmışdır. Hazırda yaranmış alimnt borcunu tam olaraq ödəmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında olan işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4033/2012 saylı, 19.10.2012ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 27.09.2007-cü il təvəllüdlü İlkin, adlı uşağın saxlanması üçün hər ay 44 manat sosial müavinətin ¼ hissəsi, yəni 11 manat və 49 manat sabit pul məbləği olmaqla cəmi 60 manat alimentin alınıb tələbkar X1 verilməsi qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında protokola əsasən yaranmış 540 manat aliment borcunu tam olaraq ödəmişdir. Ona görə də onun barəsində olan inziabti xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-236/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-236/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver